Yuxarı

Yadplanetlilər İsa ilə bağlı ABŞ-a hansı videonu göstərib?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı Milton Uilyam Kuper dünyanın tanınmış sui-qəsd nəzəriyyəçilərindən biridir. 1943-cü ildə anadan olan Kuper ABŞ Dəniz Donanmasında xidmət edib. O, illər sonra Dəniz Donanmasında olan zaman ABŞ hökumətinin Uçan Naməlum Obyektlərlə (UNO) bağlı gizli sənədlərini gördüyünü bildirir və onun bu sözləri sensasiyaya səbəb olur. Milton Kuperin "Məxfi hökumət" adlı yadplanetlilərlə bağlı hesabatı 1991-ci ildə mediada yayımlanır və bu, böyük rezonans yaradır. Sözügedən məqalədə yadplanetlilərlə bağlı uzun illər məxfi saxlanılan məlumatlar ilk dəfə ictimaiyyətə açıqlanır.

Axar.az həmin məqaləni təqdim edir:

Əvvəli burada

Yadplanetlilər ABŞ-la imzalanmış müqaviləni pozur

1955-ci ildə bəlli olur ki, yadplanetlilər prezident Duayt Eyzenhaueri aldadıb və imzalanmış müqaviləni pozub. Tezliklə şikəst və əlil insanlar, o cümlədən heyvanlar ABŞ-ın bütün bölgələrində aşkar edilir. Bundan əlavə, yadplanetlilərin oğurladıqları insanların heç də hamısını geri qaytarmadığı üzə çıxır. Həmçinin yadplanetlilərin gizli cəmiyyətlərdən, din və magiyadan istifadə edərək insanları kütləvi şəkildə manipulyasiya etdikləri bəlli olur.

Yadplanetlilərin nəsli tükənir

Tezliklə ABŞ rəhbərliyi daha bir məsələni üzə çıxarır. Bəlli olur ki, yadplanetlilər vəzi və hormonal ifrazat mənbəyi olan insanlardan genetik eksperimentlər üçün istifadə edir. Əcnəbilər genetik təcrübə keçirmələrini öz nəsillərini qorumaqla izah edirlər. Onlar bildirirlər ki, genetik quruluşları sürətlə mürəkkəbləşib və yadplanetlilərin çoxalmaq imkanı məhv olub. Əgər bu belə davam edərsə, tezliklə onların irqi bitəcək.

Yadplanetlilərə qarşı silah

Ümumiyyətlə, bizim silahlarımız onlara qarşı tamamilə yararsız idi. "Əksəriyyət 12" layihəsi onlarla dostluq-diplomatik əlaqələri inkişaf etdirmək barədə qərar verdi. Məqsəd isə yadplanetlilərə qarşı hər hansı texnoloji silahı əldə etmək idi. Belə olan halda mümkün müharibə zamanı qələbə qazanmağımız mümkün olacaqdı. Həmçinin SSRİ və digər dövlətləri dünyanı xilas etmək üçün güclərimizi birləşdirməyə çağırdıq.

Nəticədə Coşua və Ekskalibur layihələri işlənib hazırlandı. Coşuanın bazasını almanlardan ələ keçirilən silah təşkil edirdi. Bu silahın yadplanetlilərin gəmisinə və şüa silahlarına qarşı mübarizə apara biləcəyi düşünülürdü.

Ekskalibur layihəsində silah raketlə təchiz olunmuşdu və yerüstü hədəfləri məhv etmək üçün göyərtəsində lazer vardı. Həmçinin 1000 metr dərinliyə təsir etmək gücünə malik idi. 1 meqaton gücündə nüvə başlığı ilə təchiz olunmuş və məqsəd yadplanetlilərin yerin altındakı bazalarını məhv edə bilmək idi.

Coşua layihəsinin silahı artıq hazırlanıb. Lakin Ekskalibur silahı üçün fəaliyyət hələ də davam edir.

Dəccal dünyaya gəlir

Əsrin əvvəllərində Fatimada (Portuqaliyanın şəhəri – red.) baş verən hadisələr (1917-ci ildə Məryəm 3 kəndli uşağa və daha sonra minlərlə insana görünüb, mesaj verir – red.) dəqiqliyi ilə araşdırıldı. Bu, yadplanetlilərin manipulyasiyası ola bilərdimi? ABŞ dərhal Vatikandan yardım istədi və tezliklə onlar köməyə gəldilər. Vatikanın proqnozlarına görə, 1992-ci ildə bir uşaq doğulacaq və insanlar birləşəcək, dünyada sülh olacaq. 1995-ci ildə isə insanlar bu uşağın pisliyi təcəssüm etdirdiyini və dəccal olduğunu iddia edəcək.

3-cü Qlobal müharibə alovlanacaq

Eyni ildə Orta Şərqdə 3-cü Qlobal müharibə alovlanacaq. Birləşmiş Ərəb mədəniyyəti İsrailə hücum edəcək. Əvvəlcə adi silahlardan istifadə olunacaq, 1999-cu ildə isə hidrogen müharibəsinin alovlanması nəticəsində insanların kütləvi ölümü baş tutacaq.

1999-2003-cü illərdə Yerin böyük hissəsində həyat məhv olacaq. İsa Məsihin ikinci gəlişi isə 2011-ci ildə gerçəkləşəcək.

Yadplanetlilər bu proqnozları təsdiqləyir

Yadplanetlilər bu informasiya ilə tanış olan zaman onun həqiqiliyini təsdiqləyir. Onlar zamanda hərəkət edə bildiklərini və bu proqnozların həqiqətən baş verdiyini bildirirlər. Yadplanetlilər İsanın həqiqətən çarmıxa çəkilməsi ilə bağlı holoqram göstəriblər. ABŞ hökuməti hətta bunu lentə belə alıb.

1957-ci ildə bir simpozium keçirilir və ora dünyanın ən şüurlu insanları qatılır. Onlar simpozium zamanı 2000-ci illərdə insanların sürətlə artacağını və ətraf mühiti Allahın və yadplanetlilərin yardımı olmadan məhv edəcəklərini, nəticədə dünyanın sonunun gələcəyini bildirdilər.

(Ardı var)

Tarix
2016.03.31 / 10:10
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla