Yuxarı

Azərbaycan Universitetinin rektoru "Axar.az"a danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhər saatlarında Azərbaycan Universitetində aralıq ("mid-term") imtahanlarının yazılı olmasına etiraz edən İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbələri aksiya keçirib.

"Axar.az"ın aksiya yerində olan əməkdaşı Azərbaycan Universitetinin rektoru, dosent Eldar Qəhrəmanov dan açıqlama alıb (Açıqlamanın videosu təqdim edilir).

Tələbələrin haqlı tələbləri də var

Eldar müəllim tələbələri dinlədiyini, məsələdən xəbərdar olduğunu bildirib: "Müxtəlif səbəblərdən doğan suallar səsləndirilir. Onların arasında haqlısı da ola bilər, haqsızı da. Ona görə də biz təklif elədik ki, hər bir qrup konkret formula eləsin, etibar elədikləri nümayəndələrindən iki nəfər ayırsın, biz görüşək, ümumiləşdirək, birlikdə təhlil eləyək, məsələni axarına qoyaq".

Tələbələrin səsləndirdiyi rüşvət iddialarına münasibət bildirən Eldar müəllim bunu təkzib elədi:

"Çox adam çox şey deyə bilər. Amma Azərabaycan Universiteti və rüşvət anlayışı bir-birinə zidd anlayışlardır. Ümumiyyətlə, çoxdandan bəlli, ictimai fikirdə formalaşmış və sübuta yetirilmiş bir şeydir bu. Düşünmürəm ki, buna kiminsə şübhəsi var. Sabah günorta saatlarında tələbələr və universitetin bu sahə üzrə işçi qrupu akt zalında görüş keçirəcək. Tələblər sistemləşdiriləcək və qərarımız elan olunacaq.

Qaldırılan məsələlər birmənalı deyil. Ona görə də kiminsə hansısa bir iddiası varsa əvvəllər necə olurdusa indi də elə həll yolunu tapacaq. Konkret məsələ var, konkret də məslənin həlli, problem xarakterindən asılı olaraq həll olunacaq".

Bizim universitet problemsizdir

Azərabaycan Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, dosent Akif Əlizadə də tələbələrinin etiraz aksiyasına münasibət bildirib:

"İmtahanlar müxtəlif formalarda olur. İndi hansısa bir universitetdə etiraz ediblər, bunlar da onlardan götürüblər. İmtahanlar yazılı da ola bilər, şifahi də, kompüterlə də: tələbələrin biliyini hansı daha optimal ifadə edəcəksə, - biz seçim edirik bu barədə. İmtahanları "aralıq imtahan", "yekun imtahan" etmişik ki, tələbələrə yük az düşsün. Kifayət qədər tələbələrə qarşı ədalətli münasibət var. Bizim universitet digər universitetlərdən problemsiz universitetdir".

Akif müəllim tələbələrin "Boloniya sistemində imtahanlar test üsulu ilə keçirilməlidir" iddiasına da münasibət bildirib:

"Boloniya sistemi mütərəqqi bir sistemdir. Amerika təhsil sistemində, Avropa təhsil sistemində imtahanın istənilən forması var. Yəni ki, bizim o qəbul imtahanındakı testdə öyrənirlər ki, elə testdə can rahatlığı, yumurlama olmalıdır. Halbuki tələbənin dili olmalıdır, fikrini ifadə eləməlidir, məntiqi mühakimə yürüdə bilməlidir. Biz gələcəyin mütəxəssisini yetişdiririk. Testdən "a, b, c, d" seçimi etmirik ki!

Biz rüşvət almayan ilk universitetik

O ki qaldı rüşvətə, Azərbaycan Universitetində rüşvətdən söhbət belə gedə bilməz. Elə bir şey yoxdur. Bu universitetin təməli qoyulandan, 1992-ci ildən, Səlahəddin Xəlilovun vaxtından bu yana ilk rüşvət almayan universitet olub".

Tarix
2013.11.01 / 14:53
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla