Yuxarı

Ziya Məmmədov Lerikdə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq nəqliyyat naziri Ziya Məmmədov aprelin 22-də Lerikdə qəbul keçirib.

Oxu.az-ın məlumatına görə, nazir Lerik şəhərində Astara, Lənkəran və Lerik rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Müraciətlər əsasən, Astara şəhərində şəhərdaxili sərnişindaşımanın müasir tələblər səviyyəsinə yüksəldilməsi üçün tədbirlərin görülməsi, Astarada müasir tipli yeni avtovağzal binasının tikilməsi, Lənkəran-Gəncə və Lənkəran-Mingəçevir marşrut xəttinin bərpası, Lənkəran-Osaküçə marşrut xəttinə əlavə sərnişin avtobusunun ayrılması, Lerikdə müasir tipli avtovağzal binasının tikilməsi, Lerik-Orand avtomobil yolunun əsaslı təmiri, Noda-Xanagah avtomobil yolunda dayandırılmış təmir işlərinin bərpası üçün müraciətin aidiyyəti quruma çatdırılmasından ibarət olub.

Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılıb.

Tarix
2016.04.22 / 12:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla