Yuxarı

AZVİRT-in baş direktoru vəfat etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 23-də gecə saatlarında texnika elmləri doktoru, professor, AZVİRT MMC-nin baş direktoru Əli Musa oğlu Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

AZVİRT MMC-dən APA-ya verilən xəbərə görə, Əli Əliyev 1933-cü il may ayının 20-də Ermənistanın Vedi rayonunda anadan olub.

1972-ci ildə Bakı Xüsusiləşdirilmiş Yol Trestinə rəis təyin edilib. 1999-cu ildən AZVİRT MMC-nin baş direktoru vəzifəsində çalışıb.

Ə.Əliyev Qırmızı Əmək Bayrağı ordeni ilə, bir çox medallarla və Azərbaycan SSRİ Ali Sovetinin fəxri fərmanı ilə mükafatlandırılıb. Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı sərəncamla Əli Musa oğlu Əliyev Azərbaycanda tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Ə.Əliyev 80-ə qədər elmi iş, monoqrafiyalar, "Yol-tikinti materialları" adlı dərsliyin, "Nəqliyyat magistrallarının tikintisinin əsasları" və "Avtomobil yollarının və aerodromların tikintisi" kitablarının müəllifidir.

Allah rəhmət eləsin!

Tarix
2016.04.24 / 01:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla