Yuxarı

“Azərsell”in dəstəyi ilə idman oyunları keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin noyabr ayında Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi və Azərsell Telekom-un birgə təşkilatçılığı ilə II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək.

Şirkətdən Axar.az-a verilən məlumata görə, budəfəki yarışlarda gənclərə əlavə 2 idman növü üzrə də mübarizə aparmaq imkanı yaradılıb.

Belə ki, ötən il keçirilən I Uşaq Paralimpiya İdman Oyunlarında yeniyetmələr cüdo, boccia, tennis və üzgüçülük idman növləri üzrə güclərini sınamışdı.

Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Natiq Qasımovun sözlərinə görə, Uşaq Paralimpiya Komitəsi bu ildən etibarən görmə qabiliyyəti zəif olan idmançılar üçün qolbol idman növünü də yarışlara əlavə edib: "Bununla yanaşı, əlil arabasında rəqs idman növü də yarışlar siyahısına əlavə edilib. Gənc idmançıların bu yeni idman yarışlarına cəlb olunması istiqamətində artıq Uşaq Paralimpiya Komitəsi işlərə başlayıb. 50-ə yaxın idmançını öz ətrafında birləşdirən Komitə bu ilin sonuna qədər maraqlı işləri və yeni layihələri ilə idmançıları sevindirəcək" – deyə Natiq Qasımov qeyd edib.

Məlumat üçün bildirək ki, 2014-cü ildən "Azərsell" şirkətinin dəstəyilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsində ölkəmizin müxtəlif ərazilərindən uşaqlar və gənclər toplaşıb. Komitədə 50-dək uşaq idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıb.

Nəzərinizə çatdıraq ki, ötən il Uşaq Paralimpiya İdman Oyunlarına hazırlıq çərçivəsində Paralimpiya üzrə idman ustaları – Birinci Avropa Oyunlarının əfsanələri İlham Zəkiyev, Səbinə Abdullayeva, Zakir Müslümov və digərləri "Azərsell" şirkətində qonaq olaraq şirkət əməkdaşları ilə görüşüblər. Onu da qeyd edək ki, Azərsell Telekom-un Uşaq Paralimpiya Komitəsinə dəstəyi Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi (AmCham) tərəfindən də qiymətləndirilərək xüsusi mükafata layiq görülüb.

Tarix
2016.04.28 / 00:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əskipara sakinləri narahatdır: Getmək istəmirik - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla