Yuxarı

"SOCAR büdcə öhdəliklərini yerinə yetirir"

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə qıtlığına baxmayaraq, SOCAR büdcə öhdəliklərini yerinə yetirib və yetirməkdə davam edir.

Report xəbər verir ki, bunu bu gün "Caspian European Club"un (Caspian Business Club) təşkil etdiyi biznes forumda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Biznes-forumda çıxış edən S.Qasımov qeyd edib ki, ötən ilin sonunda "Günəşli" yatağının 10-cu platformasında baş vermiş və insan tələfatı, eləcə də hasilatın azalması ilə nəticələnmiş texnogen qəza, həmçinin neftin qiymətinin ucuzlaşması və milli valyutanın devalvasiyası şirkətlərin maliyyə vəziyyətinin zəifləməsinə səbəb olub.

"Buna baxmayaraq, biz həm 2015-ci il, həm də 2016-ci ilin birinci rübündə neft və qaz hasilatı üzrə planı yerinə yetirmişik. Bundan əlavə, dövlət büdcəsi qarşısında üzərimizə düşən vəzifələrin öhdəsindən də layiqincə gəlmişik", - deyə o qeyd edib.

S.Qasımovun sözlərinə görə, SOCAR neft-kimya müəssisələrinin yenidən qurulması, modernizasiyası və qazma əməliyyatları həyata keçirmək məqsədilə Beynəlxalq Bankdan 1,260 mlrd. manat məbləğində kredit cəlb edib: "Bu vəsaitdən 2015-ci ildə 200 mln. manat "Bulla-dəniz", "Ümid", "Günəşli" yataqlarında quyuların qazılması və istismarı üçün ilk tranş həyata keçirilib. Neft-kimya müəssisələrinin yenidən qurulması üçün isə 69 mln. manat həcmində ilk tranş əldə olunub və mənimsənilməkdədir. Ehtiyac yarandıqca mərhələli şəkildə tranşlar həyata keçiriləcək".

O, həmçinin dövlət kreditləri hesabına həyata keçirilən və yekunlaşmaq üzrə olan ölkənin qazlaşdırılması məsələsinə də toxunaraq qeyd edib ki, həmin proqram bu il yekunlaşdırılacaq: "Hazırda ən mühüm vəzifə neft-qaz hasilatını qoruyub saxlamaq və sabitləşdirmək, imkan daxilində əldə olunan qazın həcmini artırmaqdır".

S.Qasımov deyib ki, SOCAR-ın xərcləri azaltmaq və ya optimallaşdırmaq yolu ilə gəlirləri artırmaqla bağlı layihələri mövcuddur: "Bu iş Ernst&Young şirkəti ilə əməkdaşlıq çərçivəsində aparılır. Bu iş sayəsində 9 idarə və müəssisədə 705 tədbir həyata keçirilib və hazırda da keçirilməkdədir. Bunun sayəsində 350 mln. manata qənaət olunacaq. Təkcə 2015-ci ildə 123 mln. manata qənaət edilib".

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamından irəli gələrək SOCAR-ın beynəlxalq şirkətə çevrilməsi istiqamətində də qızğın iş davam etdirilir: "Şirkət nəzdində Daxili Audit və Risklərin İdarə Olunması institutları yaradılıb.

Bu ilin əvvəlində "Pricewaterhouse Coopers" şirkəti ilə birgə daxili nəzarət sisteminin yaradılması yekunlaşıb. Bununla yanaşı, şirkətdə fəaliyyət göstərən əməkdaşların sayı optimallaşdırılıb. Beş il əvvəl SOCAR-da 75 min əməkdaş çalışırdısa, 2015-ci ildə bu rəqəm 52,5 min nəfərə yaxın olub. Biz 2016-cı il yanvarın 1-dən əməkhaqlarının ödənilməsi üzrə yeni sistem və standartlar tətbiq etmişik. 5 mindən artıq vəzifə standartları tətbiq olunub. Bu standartlar əməkdaşların işini üfüqi və şaquli qiymətləndirməyə imkan verəcək. Nəticədə məvacib 7 kateqoriya üzrə (əmək stajı, təcrübə, peşəkarlıq, fəaliyyətin qiymətləndirilməsi və s.) artacaq. Beləcə işçilər öz iş yerlərində inkişaf üçün motivasiya olunacaqlar".

Vitse-prezident həmçinin SOCAR-ın investisiya layihələrinə də toxunub: "2018-ci ildə Türkiyədə "Star" Neft Emalı Zavodunun inşası layihəsi üzrə işlər yekunlaşacaq. Türkiyədəki Petlim limanının tikintisi demək olar ki, yekunlaşıb. Limanın yaxın aylarda açılışı nəzərdə tutulub. Eyni zamanda, Karbamid Zavodunun inşası və "Socar-Polymer" layihəsinin həyata keçirilməsi davam etdiriləcək".

Tarix
2016.04.28 / 00:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla