Yuxarı

Pakistan prezidenti Bakıya dəvət edildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Müdafiə Sənayesi naziri, Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının ölkəmiz tərəfdən həmsədri Yavər Camalovun rəhbərliyi ilə böyük nümayəndə heyəti İslamabadda olub, Komissiyanın altıncı iclası keçirilib.

Axar.az xəbər verir ki, komissiyanın iclasından əvvəl Pakistan Prezidenti Məmnun Hüseyn və Baş nazir Nəvaz Şərif Yavər Camalovu qəbul edib.

Görüşlərdə Azərbaycan ilə Pakistan arasında siyasi, iqtisadi, hərbi, hərbi-texniki, mədəni-humanitar və digər sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafından məmnunluğunu ifadə edən Nəvaz Şərif qeyd olunub ki, ölkələrimiz arasında energetika, ticarət, müdafiə sahələrində əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bütün bunlar da ölkələrimizin maraqlarına uyğundur.

Yavər Camalov Azərbaycanın Pakistanla bütün sahələrdə əməkdaşlığın möhkəmləndirilməsində, hərbi sənaye məhsullarının idxalında maraqlı olduğunu bildirib.

Y.Camalov Pakistanın Baş nazirini 2016-cı ilin sentyabrında Bakıda keçiriləcək beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etməyə dəvət edib.

Komissiyanın iclasında iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində geniş müzakirələr aparılıb.

İclasda Azərbaycanın Müdafiə Sənayesi ilə bərabər İqtisadiyyat, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm, Kənd Təsərrüfatı, Təhsil nazirliklərinin, Dövlət Neft Şirkətinin nümayəndələri iştirak edib.

Tarix
2016.04.28 / 00:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla