Yuxarı

Hərbi çevriliş oyunu: Sərkisyan hərəkətə keçdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda hərbi çevrilişin hazırlandığını və yaxud çevriliş oyununun oynanılacağını heç bir halda istisna etmək olmaz.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb. Mətbuat Sərkisyanın üç generalı eyni anda vəzifədən azad etməsini məhz bununla əlaqələndirib:

"Ermənilər Dördgünlük savaşda uduzdular, amma erməni təbliğatı hələ də bunu qəbul etmək istəmir. Adətən məğlubiyyəti böyük qələbə kimi qələmə vermək üçün əsl günahkarları baş verən hadisələrdən iki-üç ay sonra qovurlar. Bunu isə adətən çox mükəmməl şəkildə, heç kimin xəbəri olmayacağı tərzdə edirlər. Məsələ burasındadır ki, Ermənistan kimi hərbiləşdirilmiş cəmiyyətlərdə ordu dövlət siyasətində mühüm rol oynayır. Məğlubiyyətə baxmayaraq, ordu Qarabağda sülhün əleyhdarı kimi çıxış edir. Ultramillətçilik üzərində karyera quran erməni generalları anlayırlar ki, Qarabağdakı sülh buradakı qələbələrin onlara yox, Rusiya və rus silahına məxsus olduğunu üzə çıxaracaq. İkincisi isə tezliklə verilən günahsız qurbanların hesabatı onlardan istəniləcək. Sual olunur, Qarabağdakı uzunmüddətli və qanlı müharibə nəyə lazım idi?

Ermənistanda hərbi çevrilişin hazırlandığı istisna olunmamalıdır. Görünür, hərbi rəhbərlikdəki ayrı-ayrı şəxsləri uzaqlaşdırmaqla Sərkisyan yavaş-yavaş bu çevriliş təhlükəsini azaltmağa çalışır. Çox güman ki, kulisdə erməni hərbçilərinin iştirakı ilə başqa oyun da aparılır. Hazırda Ermənistanda nəinki general, hətta polkovnik də tapmaq mümkün deyil ki, Azərbaycanın işğal olunmuş torpaqlarını sülh yolu ilə qaytarmağa razılaşsın. Ona görə də Ermənistan millətçiləri hökumətin işğal olunmuş torpaqları geri verməsini müşahidə edəndə yeni çevriliş oyununu ortaya atacaqlar. Bu, 1999-cu ildəki kimi olacaq. Məhz həmin ilin 27 oktyabr teraktı Qarabağın işğaldan azad olunmasına maneə yaratdı".

Tarix
2016.04.28 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla