Yuxarı

Ermənistanın aprel məğlubiyyətinin - Şok səbəbi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ordusunun apreldəki möhtəşəm blits-hərbi uğurundan düşmən hələ də çaş-baş vəziyyətdədir. Bu vəziyyəti öncə Ermənistanın siyasi-hərbi rəhbərliyinin panik ovqatı və davranışı, habelə ölkə daxilində atdığı addımlardan və cəbhə xəttindəki uğursuz təxribat əməllərindən görmək olar.

Xəbər verildiyi kimi, dünən Prezident Serj Sərkisyan Müdafiə Nazirliyinin yüksək vəzifəli bir neçə generalını işdən qovub. Bunlar nazirin maddi-texniki təchizat üzrə müavini Alik Mirzabekyan, Baş Qərargahın kəşfiyyat idarəsinin rəisi, general-mayor Arshak Karapetyan, Rabitə qoşunlarının - rabitə və avtomatik idarəetmə sistemləri idarəsinin rəisi, general-mayor Komitas Muradyandır.

"Xəzər" Hərbi Tədqiqatlar İnstitutunun rəyinə görə, Sərkisyanın bu qərarı Ermənistan silahlı qüvvələrinin hazırda üç istiqamətdə böhran yaşadığını göstərir. "Aprelin 2-5-də cəbhə xəttində baş verən hərbi əməliyyatlar Ermənistan silahlı qüvvələrinin aşağıdakı əsas çatışmazlıqlarını ortaya çıxarıb: 1. Silahlı qüvvələrin maddi-texniki təchizatı; 2. Kəşfiyyat fəaliyyəti; 3. Rabitə və avtomatik idarəetmə", - qurum qeyd edir.

Araşdırmalara görə, hər il Ermənistan silahlı qüvvələrinə ayrılan büdcənin (Ermənistanın illik hərbi büdcəsi 400-600 milyon dollardır) əsas hissəsi - təxminən 80 faizi məhz maddi-texniki təchizata ayrılır. Buraya demək olar ki, ordunun ayaqda qalması üçün hər şey - silahlanma və digər hərbi-texniki təchizat, hərbi xarakterli binalar, sığınacaqlar, mühəndis-istehkam qurğuları, müxtəlif obyektlər, qidalanma, geyim, məvacib və s. daxildir.

Erməni mənbələrindən verilən məlumata görə, 2-5 aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdakı hərbi birləşmələrinin silahlanmasında, qidalanmasında, geyimində və müxtəlif hərbi obyektlərin (xüsusilə də tibbi bölmələr, hospitallar və s.) durumunda , eləcə də hərbçilərin xidmət şəraitində ciddi problemlər ortaya çıxıb. Bir sıra hərbi hissələrin maddi-texniki təminatının, ümumiyyətlə, yolverilməz vəziyyətdə olduğu vurğulanıb.

Bütün bu səbəblərdən hərbi əməliyyatlardan dərhal sonra Ermənistan Müdafiə Nazirliyinin maddi-texniki təchizatını həyata keçirən müxtəlif idarə, struktur və birləşmələrində antikorrupsiya xarakterli yoxlamalara başlanılıb. Ciddi yeyinti hallarının mövcudluğu barədə məlumatlar var. İlkin məlumata görə, qeyd edilən strukturlarda 30-dan artıq hərbi qulluqçu vəzifəsindən çıxarılıb və bəziləri artıq cinayət məsuliyyətinə cəlb olunub. Müdafiə nazirinin maddi-texniki təchizat üzrə artıq keçmiş müavini Alik Mirzabekyanın sorğulandığı, ona və ailəsinə ölkəni tərk etmək qadağası qoyulduğu bildirilir.

Bununla belə, kəşfiyyat və rabitə, eyni zamanda avtomatik idarəetmə sahələrində də araşdırmaların başlandığı bildirilir. Verilən məlumatlarda qeyd olunur ki, əsas "narahatlıq yaradıcı məqam" hərbi əməliyyatlar zamanı erməni tərəfinin itkilərinin (həm heyət, həm də texniki) çox olmasıdır. Belə görünür, cəbhə xəttində baş verən hərbi əməliyyatlar zamanı kəşfiyyat qruplarının fəaliyyətində ciddi problemlər ortaya çıxıb.

Azərbaycan tərəfinin həyata keçirdiyi bəzi hərəkətlərlə bağlı vaxtında xəbər tutulmayıb və bu səbəbdən Azərbaycan tərəfinin zərərsizləşdirilməsi baş verməyib. Cəbhə xəttinin şimal hissəsində - Talış kəndi yaxınlığında gedən əməliyyatlar zamanı Ermənistan qüvvələrinin rabitə əlaqəsində ciddi problemlər ortaya çıxıb. "Talış kəndi ətrafında bəzi yüksəkliklərin itirilməsinin əsas səbəbi məhz qoşunların rabitə əlaqəsində ortaya çıxan problemlərlə əlaqəli idi", - deyə mənbə bildirib.

Eyni zamanda Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin fəaliyyəti ilə bağlı müəyyən nüanslar üzə çıxıb. Məlumata görə, erməni xüsusi xidmət orqanları Ermənistan Müdafiə Nazirliyindən Azərbaycana "informasiya sızıntısı"nın mümkünlüyü ehtimalı üzrə araşdırmalara başlayıb.

Qurumun təhlilinə görə, ümumilikdə araşdırmalar onu göstərir ki, ordunun vacib qolları olan maddi-texniki təchizat, kəşfiyyat və rabitə qurumlarının rəhbərlərinin vəzifədən çıxarılması Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinin yenidən formalaşdırılması istiqamətində verilmiş qərardır. Bu isə dolayısı ilə, erməni ordusunun idarəetməsinin və bütövlükdə ordunun özünün yenidən qurulması anlamına gələ bilər. Bununla da yaxın bir ay ərzində Ermənistan Müdafiə Nazirliyində onlarla yüksək rütbəli zabitin vəzifəsini itirəcəyini, xeyli sayda zabitlərin məsuliyyətə alınacağını gözləmək olar.

***

Lakin qısa müddətdə Azərbaycanın güclü ordusuna qarşı yeni, peşəkar və döyüşkən ordu yaratmaq Ermənistan kimi acından ölən, boşalan, cavan əhalisi sürətlə emiqrasiya edən və orduya çağırışçı tapmayan, habelə iqtisadiyyatı rüşeym vəziyyətdə qalan bir cırtdan ölkə üçün bu, təbii ki, qeyri-mümkündür.

Rusiya isə nə qədər öz forpostuna hərbi yardım eləsə də, bunu müəyyən həddədək edəcək, öz müasir silahlarını Ermənistana havayı, ucuz verməkdənsə, normal qiymətə başqa ölkələrə, o cümlədən Azərbaycana satacaq. Bunu həm də onun ilbəil ağırlaşan iqtisadi durumu tələb edir. Yeri gəlmişkən, bunun bir göstəricisi də Rusiyanın Türkiyədəki Akkuyu AES-in inşası ilə bağlı "Rosatom" şirkətinin özünə məxsus 100%-lik payın 49%-ni satışa çıxarmasıdır. Yəni İrəvanın Moskvaya çox bel bağlamasına da dəymir.

Yaranmış durum Azərbaycana işğalçını ədalətli sülhdən imtina edəcəyi təqdirdə tam və axıradək əzmək üçün unikal şans yaradır - bir şərtlə ki, Bakı Rusiya amilini, beynəlxalq şərtləri də düzgün hesablaya. Bütün hallarda zamanın artıq Azərbaycanın xeyrinə işlədiyini söyləmək mümkündür. Hər necə olmasa, 4 günlük uğurlu savaş Ermənistan-Rusiya müttəfiqliyinə də ciddi çat salıb və işğalçının Moskva sarıdan "beli boşalıb".

Nüfuzlu "Kommersant" qəzetinin son məqaləsindən də bunu görmək olar. Nəşr İrəvanın Qarabağ məsələsində tutduğu qeyri-konstruktiv mövqeyi, faktiki surətdə "Lavrov təklifləri"ni rədd edərək, Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi əleyhinə çıxmasının Moskvanı çətin vəziyyətə saldığını qeyd edib. Müəllifə görə, "status-kvonu dəyişmək və heç bir güzəştə getmək istəməyən, həmçinin Kremlin təkliflərini şübhə altına alan Ermənistan öz demarşı ilə strateji müttəfiqi Rusiyanı da qəliz duruma salıb".

Nəşr Sərkisyanın sülhdən imtina bəyanatının ardınca Müdafiə Nazirliyi sistemində apardığı təmizləmələrə də diqqət yönəldib və bunun Qarabağdakı son vəziyyətlə birbaşa bağlı olduğunu vurğulayıb - nə barədə ki, yuxarıda artıq yazdıq.

Musavat.com

Tarix
2016.04.28 / 09:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla