Yuxarı

Sərkisyan generallara qarşı cinayət işindən imtina etdi – Səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni generallarının ordudan qovulmasına səbəb Müdafiə Nazirliyində aparılan yoxlamalar olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Joxovurd" qəzeti yayıb. Yoxlamalar zamanı nazir müavini Alik Mirzəbekyanın korrupsiyaya bulaşdığı məlum olub. "Qəhrəman" general nazirlik üçün nəzərdə tutulan bütün maddi-texniki vasitələrin alınmasını öz ailə üzvlərindən təşkil edilən şirkət vasitəsilə həyata keçirib.

Araşdırma nəticəsində nazir Seyran Ohanyanla da bağlı ciddi problemlər aşkar olunub. Onun yaxın zamanlarda istefaya göndəriləcəyi güman edilir.

Qəzetin yazdığına görə, aparılan araşdırmalardan sonra generallara qarşı cinayət işinin qaldırılmasından imtina edilib. Situasiya isə aprelin 2-dən sonra dəyişib. Məhz bu tarixdə erməni ordusunun məğlub olması və həddən artıq böyük itki verməsi ölənlərin doğmalarında etiraz yaradıb. Onlar hökumətdən tələb ediblər ki, əgər əsgərlərin lazımlı silahları olsaydı, bu qədər çox itki verməzdilər.

Bu qədər korrupsiya fəaliyyətindən sonra rəsmi İrəvanın hələ də Mirzəbekyana qarşı cinayət işi başlatmayacağı onun Serj Sərkisyanla yaxın olması ilə izah edilir. Görünür, İrəvandakı rəsmi dairələr aparılacaq yoxlamanın özlərinə sərf etməyən çox şeyin üstün açacaqlarını bilirlər və buna görə də susurlar.

Vurğulanır ki, Sərkisyan Mirzəbekyanla birgə Suriyaya silah göndərməsinin yeni sübutlarının ortaya çıxacağından ehtiyat edir.

Tarix
2016.04.28 / 10:56
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla