Yuxarı

Qorbaçov: “Dünya liderləri anlamır ki…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ-nin sonuncu lideri Mixail Qorbaçov mövcud qlobal siyasi sistemlə bağlı məqalə yazıb.

Axar.az xəbər verir ki, Qorbaçov yazıda özü də daxil olmaqla bəzi siyasətçilərin Soyuq müharibəyə son qoyduğunu, lakin əlaqələrdəki sürətli yaxınlaşmanın sonadək davam etmədiyini qeyd edib:

"Qloballaşmış dünya 21-ci əsrdə hara gedir? İnsanlar bu sualı get-gedə artan bir qayğı ilə soruşur. Mən də onlardan biriyəm. 1974-1992 illərdə Almaniya Xarici İşlər naziri olmuş Hans-Ditrix Qenşer ilə tez-tez bu sualı bir-birimizə verirdik: yanlış gedən nə idi?

Ortaq səylər nəticəsində Soyuq müharibəni bitirən bizim nəsil vəzifəsinin öhdəsindən gəldi. Ancaq bu gün narahatlıq, ədalətsizlik və hərbiləşmiş dövlətlər görürük.

Soyuq müharibədə Qərbin qələbəsini elan edənlər yeni və ədalətli bir təhlükəsizlik sistemini qurmağı rədd edənlərdir. Hazırda dünyanın məsuliyyətinin böyük hissəsini onlar daşıyır. Dünya liderləri anlamır ki, yeni rəhbərlik qaydaları və yeni bir əxlaq lazımdır".

Qlobal güclərin problemlər qarşısında aciz qaldığını deyən Qorbaçov ölkələrin sürətlə silahlandığını vurğulayıb:

"İndi yeni silah yarışı başlayıb. Ekoloji böhran davam edir. Zəngin və kasıb ölkələr arasındakı uçurum artmaqdadır. Bu problemləri həll edə biləcək qurumlar – BMT və G20 isə həmişə gecikir".

Məqalənin son hissəsində Qərb-Rusiya münasibətlərinə toxunan Qorbaçov sanksiyaların fayda verməyəcəyini deyib:

"Qlobal problemlərin həllində Rusiyanın əhəmiyyətli rolu var. İndi Qərbin Rusiyanı təcridetmə cəhdlərindən imtina etməsi zamanıdır. Bu, heç vaxt nəticə verməyib. Əks təqdirdə dialoq olmaz, etibarı qazanmaq üçün şans yaranmaz. Heç kim Rusiyanın qarşılaşdığı iqtisadi çətinliklərdən sonra dünyada ikinci bir rolu qəbul edəcəyini gözləməməlidir".

Tarix
2016.04.28 / 11:05
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla