Yuxarı

Saakaşvilinin şəhərinə ordu yeridildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Milli Qvardiyasının "Azov" alayının 300 döyüşçüsü Odessaya göndərilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində Odessa qubernatoru Mixail Saakaşvili paylaşıb. Saakaşvili "döyüşçülərin ardını gözləyirik" deyə yazıb.

Bundan öncə Saakaşvili Prezident Poroşenkoya Odessaya Milli Qvardiya yerdilməsi xahişi ilə müraciət etmişdi. Daha 700 əsgərin Odessaya gələcəyi gözlənilir.

Qeyd edək ki, son günlər Odessada stabillik pozulub. Belə ki, şəhərdə yerli hakimiyyət tərəfdarları ilə əleyhdarları arasında toqquşmalar başlayıb. Odessa merinin əleyhdarları onun istefaya getməsini tələb edirlər.

Saakaşvili mer Gennadi Truxanova qarşı cinayət işinin başladılması haqqında əmr verib. O, Truxanovu Odessadakı separatçıların rəhbəri adlandırıb. Bir müddət öncə isə onun müavini Aleksandr Borovik Truxanov və şəhər dövlət şurasının deputatlarının Rusiya vətəndaşlığı olduğunu bəyan edib.

Tarix
2016.04.28 / 11:39
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla