Yuxarı

ABŞ KİV: “Ermənistan təhlükəli oyun oynayır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan seysmik zonadakı köhnə atom elektrik stansiyası ilə bağlı təhlükəli oyun oynayır.

Azərtac xəbər verir ki, "Huffington Post" qəzeti bununla bağlı məqalə dərc edib. Məqalədə "Metsamor" atom elektrik stansiyasının 1976-cı ildə tikildiyi və 30 illik müddət üçün istifadəyə yararlı olduğu vurğulanıb. Buna baxmayaraq, Ermənistan yeni atom elektrik stansiyası tikmək əvəzinə bu stansiyanın istifadə müddətini 2026-cı ilə qədər uzadıb.

"Metsamor" AES seysmik zonada yerləşir və baş verə biləcək təbii fəlakət faciəyə səbəb ola bilər. Cənubi Qafqaz ölkələri bununla bağlı dəfələrlə narahatlıqlarını bildiriblər", - deyə qəzet yazır. Xəbərdə yeni atom elektrik stansiyasının qurulmamasına səbəb kimi maliyyə problemləri qeyd olunub. Yeni AES üçün 5 milyard dollar tələb olunur, lakin Ermənistanın belə bir vəsaiti yoxdur. "Ermənistan kimi kasıb ölkə üçün bu astronomik məbləğdir. Rusiya layihə xərclərinin yarısını öz üzərinə götürəcəyini bildirsə də maliyyə böhranı səbəbindən bu fikrindən daşınıb və beləcə köhnə stansiyada yalnız yenidənqurma işlərinin aparılmasına qərar verilib", - deyə müəllif bildirib.

Məqalədə vurğulanır ki, "Metsamor" AES-də baş verə biləcək qəza qonşu Türkiyə, İran, Cənubi Qafqaz ölkələrində faciələrə yol açacaq. Bu AES o qədər köhnədir ki, qəza zamanı radiasiyanın qarşısını ala biləcək korpusu da yoxdur.

Tarix
2016.04.28 / 13:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla