Yuxarı

Erməni vəhşiliyini göstərən faktlar BMT-yə göndərildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel ayının əvvəllərindən başlayaraq Ermənistanın törətdiyi vəhşiliklər haqqında informasiyalar toplanılaraq, Azərbaycan tərəfindən beynəlxalq qurumlara təqdim edilir.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev söyləyib.

Onun sözlərinə görə, son günlər ərzində də Ermənistanın həyata keçirdiyi zorakılıq haqqında faktlar toplanılaraq beynəlxalq BMT başda olmaqla, bütün beynəlxalq qurumlara təqdim ediləcək.

Qeyd edək ki, Ermənistanın kəndlərimizi və mülki əhalini atəşə məruz qoyması aprel ayında daha da intensivləşib. Yalnız son iki gün ərzində ermənilərin açdığı atəş nəticəsində Ağdam rayonunda 1 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb. Tərtər və Ağdam rayonlarında 110 ev, 2 məktəb, 2 bağça, 1 yarımstansiya dağılıb. Tərtər şəhərinin mərkəzindəki pambıq zavoduna iki mərmi düşüb və zavod ciddi zərər görüb. Ağır artilleriya atəşi nəticəsində Zənguşalı kəndindəki "Qara İnək" fermer təsərrüfatında 11 inək ölüb, 19 inək xəsarət alıb.

Tarix
2016.04.28 / 14:28
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla