Yuxarı

Ölkə ictimaiyyəti Zərifə Əliyevanı andı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün, aprelin 28-i görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum günüdür.

Axar.az xəbər verir ki, aprelin 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi, dövlət və qeyri-hökumət təşkilatlarında çalışan bir qrup ziyalı qadın, Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar keçirilən məktəblilərin respublika intellektual yarışın iştirakçıları Fəxri xiyabana gələrək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil və gül-çiçək dəstələri qoyublar.

Sonra ziyarətçilər görkəmli oftalmoloq alim, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, xeyirxah insan Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə gül-çiçək düzüblər.

Səhiyyə naziri Oqtay Şirəliyev başda olmaqla tibb ictimaiyyətinin nümayəndələri də aprelin 28-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə əklil qoyublar.

Sonra ziyarətçilər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə tər çiçəklər düzüblər.

Görkəmli otalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar aprelin 28-də Bakıda "Müasir oftalmologiyanın son nailiyyətləri" mövzusunda elmi konfrans keçirilib.

Zərifə xanım Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzində Azərbaycanın tibb ictimaiyyətinin tanınmış nümayəndələrinin iştirakı ilə keçirilən görkəmli alimin mənalı ömür yolundan və elmi fəaliyyətindən danışılıb.

Konfransın açılışında çıxış edən mərkəzin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu Elmar Qasımov bildirib ki, tibb elmində böyük xidmətləri olan Zərifə xanım Əliyeva Azərbaycanın XX əsrdə ən tanınmış alimlərindən və şəxsiyyətlərindən biridir. Alimin Azərbaycanda oftalmologiya elminin inkişafında və dünyada tanıdılmasında müstəsna xidmətləri vardır. Bu səbəbdən də hər il unudulmaz alimin anadan olmasının ildönümü münasibətilə konfrans və digər tədbirlərin keçirilməsi ənənə halını alıb. Bu isə xeyirxahlıq mücəssəməsi, bütün ömrü boyu insanlara nur və xoşbəxtlik bəxş etmiş Zərifə xanım Əliyevaya xalqımızın dərin hörmətinin ifadəsidir.

Böyük elmi əsərləri ilə Azərbaycan oftalmologiya elmini yüksəklərə qaldıran görkəmli alimin əvəzsiz xidmətlərini xüsusi qeyd edən mərkəzin direktoru deyib ki, o, ötən əsrin 40-50-ci illərində Azərbaycanın cənub rayonlarında əhali arasında geniş yayılmış traxoma xəstəliyinə qarşı aparılan bütün mübarizə tədbirlərində fəallıq göstərib. Bu böyük praktiki iş Zərifə xanım Əliyevanın bir sıra elmi əsərlərinin əsasını yaradıb. Sonralar böyük alim sənaye müəssisələri işçilərində görmə üzvünün peşə zərərləri təsiri nəticəsində zədələnmələrinin öyrənilməsi ilə ciddi məşğul olub. Peşə xəstəlikləri ilə bağlı elmi axtarışlarına görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

Diqqətə çatdırılıb ki, Zərifə xanım Əliyeva peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində də tədqiqatlar aparıb. Görkəmli alimin 200-dək elmi işi, 14 monoqrafiyası, 12 səmərələşdirici təklifi bu gün də aktuallığını qoruyub saxlayır.

Tədbirdə Zərifə Əliyevanın tələbələri görkəmli alimin Azərbaycan oftalmologiya elminin inkişafında gördüyü işlərdən danışaraq müəllimləri ilə bağlı xatirələrini bölüşüblər.

Çıxış edənlər bütün mənalı ömrünü oftalmologiya elminin inkişafına həsr etmiş Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və yüksək insani keyfiyyətlərindən söz açıblar. Vurğulanıb ki, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Əliyeva ulu öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı olub. Onun xidmətlərindən biri də budur ki, Azərbaycana Prezident İlham Əliyev kimi lider bəxş edib.

Konfransın elmi hissəsi mövzuya dair məruzələrlə davam etdirilib.

Tarix
2016.04.28 / 14:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla