Yuxarı

Ermənistan görüntü yayıb özünü rüsvay etdi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 27-dən 28-ə keçən gecə Ermənistan ordusu Ağdam və Tərtərdə 110 mülki evi, 2 məktəbi, 2 bağçanı, Tərtər şəhərinin mərkəzindəki pambıq zavodunu dağıdıb, fermer təsərrüfatını gülləbaran edib və mal-heyvanı qırıb. Düşmənin atəşi zamanı 2 mülki vətəndaşımız ölüb, 7 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, Ermənistan ordusunun Azərbaycan mülki əhalisinə qarşı vəhşi davranışını və yaşayış evlərini dağıtmasını ört-basdır etmək və özünəbəraət üçün Qarabağın separatçı rejimi video yayıb.

Əksər erməni saytlarında yerləşdirilən video ilə bağlı verilən məlumatda qeyd olunur ki, guya Azərbaycan ordusu Madagis kəndini (Tərtər rayonunun işğal edilmiş kəndi – red.) tank və "Qrad"lardan atəşə tutub. Dağıtdıqları və hazırda dünyanın gözü önündə olan mülki evlərin, öldürdükləri Azərbaycan vətəndaşlarının qarşılığında guya Azərbaycanın da erməni mülki əhalisini vurduğunu imitasiya edən video yaymaqla əslində Qarabağ separatçıları özlərini rüsvay ediblər. Belə ki, təqdim edilən videoda tüstü-duman çəkilən kimi "Qrad" və top mərmisinin düşdüyü deyilən yerdə kiçicik də olsa, çuxur belə yaranmır, evlərin yanına düşən "mərmi" qəlpələrinin isə binalarda hətta xırda yeri də qalmır.

Xüsusi partlayış effekti ilə imitasiya edilən və montajla hazırlanan bu videoda bircə dağıntı görmək, əsl mərmi partlayışı müşahidə etmək mümkün deyil.

Xatırladaq ki, Ermənistanın AŞPA-dakı nümayəndə heyəti guya Azərbaycan Ordusunun mülki əhaliyə qarşı aqressiyasını sübut etmək üçün broşür hazırlamışdı və həmin broşürdə gülləbaran edilən maşının Azərbaycan seriyalı VAZ 2107 olduğu sübut olunmuşdu. Başqa sözlə, ermənilər özləri dərc edib yaydıqları broşürlə özlərinə qarşı anti-təbliğat apardıqlarını anlayandan sonra broşürləri geri yığmağa başlamışdılar.

İndi də eyni proses baş verir: yayılan video ermənilərin nə qədər saxta, adi gözlə görünən yalan püskürdüklərini bir daha ortaya qoyur.

Digər tərəfdən, Ermənistan unudur ki, onun vurduğu əhali tarixi torpaqlarında, öz doğma el-obasında yaşayır. Madagiz isə digər işğal olunan ərazilərimiz kimi, ermənilərin işğaldan sonra məskunlaşdıqları yerdir. Belə ki, Cenevrə konvensiyasının 49-cu maddəsinə görə, işğalçı dövlətin işğal etdiyi ərazidə sülh müqaviləsi imzalanana qədər öz əhalisini yerləşdirmək hüququ yoxdur.

Hüquq elmləri doktoru Fərhad Mehdiyevin sözlərinə görə, Azərbaycan bu gün Ermənistanın işğalı altında saxladığı ərazilərdə hərbi əməliyyatlara başlayarsa və bu zaman erməni mülki əhali ziyan çəkərsə, buna görə Azərbaycan deyil, orda mülki əhalini zorla məskunlaşdıran Ermənistan məsuliyyət daşıyacaq. Çünki oradakı əhali işğal olunan torpaqlarda sülh müqaviləsi olmadan yerləşdiriliblər.

Tarix
2016.04.28 / 17:11
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla