Yuxarı

Ermənilər çaylara zəhərli maddələr axıdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin mülki əhaliyə qarşı törətdiyi cinayətlərin, terror aktlarının nəticələri sənədləşdirilərək beynəlxalq təşkilatlara ünvanlanacaq.

APA-nın xəbərinə görə, bunu bu gün cəbhə bölgəsində olan Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov deyib.

H. Bağırov ermənilərin ötən gecə Ağcabədi rayonunun Qaraxanlı kəndini ağır artilleriyadan atəşə tutması nəticəsində yanan, kənd sakini Bərxudar Xəlilova məxsus evə baxış keçirib.

Nazir daha sonra Ağdam rayonunun artilleriya zərbələrinə məruz qalan Qaradağlı, Mahrızlı, Çəmənli kəndlərində olub, mərmi düşməsi nəticəsində dağılan evlərə baxış keçirib, ev sahibləri ilə görüşüb.

H. Bağırov onu da bildirib ki, mənbəyi Ermənistan ərazisində olan çayların üzərində təmizləmə qurğuları tikilir:

"Biz bilirik ki, onlar çaylara zəhərli maddələr axıdırlar. Ermənistan xarici ölkələrə mebel, ağac satır. Hamı bilməlidir həmin ağaclar Azərbaycanın işğal altında olan meşələrində qırılır".

Tarix
2016.04.28 / 17:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla