Yuxarı

Tərtər başçısı: "Sığınacaqlar hazır vəziyyətdədir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayon icra başçısı Müstəqim Məmmədov sakinlərin yaşayış yerlərini tərk etdikləri barədə yazılanları təkzib edib.

Musavat.com-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşlarına danışan Müstəqim Məmmədov bəyan edib ki, belə bir şey yoxdur: "Tərtər sakinləri yalnız irəli, düşmənin üzərinə getməyi düşünürlər. 27 aprel tarixində gecə saat 23:00-dan başlayaraq, 28 aprel gecə saat 4 radələrinə qədər təmas xəttində yerləşən Tərtər şəhəri və onun 11 yaşayış məntəqəsi düşmənin artilleriya zərbəsinə məruz qalıb. Düşmən iriçaplı silahlardan, "Qrad" qurğusundan və toplardan yaşayış məntəqələrini vurmaqla məşğuldur. Bu isə göstərir ki, onların məqsədi əhali arasında çaşqınlıq yaratmaqdır. Bütün bunlara baxmayaraq, əhalimiz yerindədir. Kəndlərdə kommunal xətlər dağıdılsa da, tezliklə tərəfimizdən bərpa olundu. Hazırda əhalinin həm elektrik, həm də qaz xətlərində heç bir problem yoxdur".

İcra başçısı əlavə edib ki, rayonda olan bütün 2 və 5 mərtəbəli ictimai yaşayış binalarının zirzəmiləri təmizlənib və sığınacaq halına gətirilib: "Lazım olduqda oradan da istifadə edə bilərik. Ümumilikdə Tərtər rayonunda içməli su və kanalizasiya sisteminin layihəsi davam etdirilir. Kəndlərimizdə əhali kənd təsərrüfatı işləri ilə məşğuldur. Bir daha qeyd edirəm ki, bütün sakinlərimiz, icra nümayəndələri öz yerlərindədirlər".

Tarix
2016.04.28 / 19:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla