Yuxarı

Fransız deputatdan Qarabağla bağlı - Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Milli Assambleyasının deputatı, xarici işlər komissiyasının üzvü Jan Luk Reytzer Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribatlara etirazını bildirən bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanatda qoşunların təmas xəttində Ermənistan tərəfindən törədilən hərbi təxribatların və bu təxribatlar zamanı Azərbaycanın işğal altında olan 7 rayonunun mülki əhalisinin və yaşayış yerlərinin hədəfə alınmasının qəbuledilməz olduğu diqqətə çatdırılır.

Fransalı deputat Ermənistanın işğalçı siyasətini pisləyərək BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, eləcə də digər nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanın işğal olunmuş ərazilərindən erməni silahlı qoşunlarının dərhal və qeyd-şərtsiz çıxmasını tələb etdiklərini xatırladır, Ermənistanın beynəlxalq hüququn normalarını kobud şəkildə pozduğunu vurğulayır.

Bildirilir ki, Fransa BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi, onun qəbul etdiyi qətnamələrin qəbulunda birbaşa iştirak edib və Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Eyni zamanda, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin sülh yolu ilə icra olunmasını təmin etmək üçün səylərini davam etdirir.

Tarixi ədalətin və beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu bildirən Jan Luk Reytzer ölkəmizin ərazi bütövlüyünün tezliklə təmin ediləcəyinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına dönəcəklərinə əminliyini bildirir. Deputat vurğulayır ki, Fransa əhalisi hər zaman ədalətin tərəfdarı olan bir xalq kimi Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

"Son günlər ərzində Azərbaycanın Tərtər, Ağdam, Füzuli və digər rayonlarında mülki əhalinin və mülki obyektlərin Ermənistan tərəfindən hədəfə götürülərək təcavüzə məruz qalmalarını bir daha qəti olaraq pisləyir və BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin həyata keçirilməsinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırıram", - deyə deputat Jan Luk Reytzer vurğulayıb.

Tarix
2016.04.28 / 20:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla