Yuxarı

Sərkisyandan Qarabağla bağlı 3 absurd şərt

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ məsələsi üzrə danışıqlar prosesinin bərpası üçün üç şərtin reallaşdırılması lazımdır.

Axar.az Tert.am-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Serj Sərkisyan Ermənistan Respublika Partiyasının icraiyyə orqanının iclasında deyib.

"Danışıqlar prosesinin bərpası üçün əsas üç şərt mövcuddur: İnsidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiqi, ünvanlı bəyanat və Azərbaycanın Dağlıq Qarabağdakı əhaliyə qarşı yeni aqressiyaya və terrora getməyəcəyinə təminat".

Görüş zamanı Ermənistanın xarici siyasəti də əsas müzakirə mövzularından olub. İclas zamanı Sərkisyan apardığı son telefon danışıqları, eləcə də Azərbaycan-Ermənistan təmas xəttindəki vəziyyət haqda məlumat verib.

Qeyd edək ki, Sərkisyanın açıqlamasında iki məqam xüsusilə diqqət çəkir – ünvanlı bəyanat və Azərbaycanın Dağlıq Qarabağın erməni icmasına "terror etməyəcəyinə" zəmanət.

Ünvanlı bəyanat dedikdə, Sərkisyan dünya birliyindən Qarabağdakı son atəşkəs pozuntusunun səbəbkarı kimi Azərbaycanın adının hallandırılmasını istəyir. "Terror" açıqlaması isə ümumiyyətlə Sərkisyanın danışıqlar prosesinə qayıtmayacağını bildirən "şərt"dir. Xocalı qətliamı törədən, azərbaycanlılara qarşı soyqırım həyata keçirən, elə bu gün cəbhə bölgəsində 110 ev, məktəb, baxça dağıdıb, dinc əhalini qətlə yetirən qatil və terrorçu Sərkisyanın Azərbaycana qarşı bu cür mövqeyi sadəcə, həyasızlığın son həddidir.

Tarix
2016.04.28 / 23:55
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla