Yuxarı

Qarabağ üçün Madrid prinsipi gündəmdə - Lukaşeviç

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günə Dağlıq Qarabağ probleminin nizamlanması üçün Madrid prinsiplərini də özündə ehtiva edən müvafiq baza artıq yaradılıb, qalır yalnız onun münaqişə tərəflərinin onu həyata keçirməsi.

Musavat.com-un məlumatına görə, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç "Vestnik kavkaza" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ konflikti olduqca həssas və spesifikdir. "Bu problemlə ATƏT-in Minsk Qrupunun üçlüyü məşğul olur – hansı ki, az öncə regionda olub və daha sonra ATƏT-in hazırkı icraçı sədri, Almaniya XİN başçısı Frank Valter-Ştaynmayerlə görüşüblər. Münaqişənin hazırkı mərhələsində nizamlanmanın və tərəfləri barışdırmaq üçün şəraitinin yaradılması prosesinin əsas hərəkətverici qüvvəsi məhz Rusiyadır – o Rusiya ki, hər iki münaqişə tərəfi ilə strateji əlaqələrə malikdir. Bu, çox vacib faktordur və onu ATƏT də, bütövlükdə beynəlxalq təşkilatlar və dövlətlər də etiraf edir", – rusiyalı diplomat qeyd edib.

Diplomat hesab edir ki, indilikdə həmsədrlərin və ATƏT sədrinin təmasları Rusiya rəhbərliyi və Rusiya hərbçiləri sayəsində əldə olunmuş son kövrək atəşkəsi möhkəmlətməyə yönəlib.

"5 aprel anlaşması məhz imkan verir ki, etimad atmosferi yaratmaq, atəşkəsi möhkəmlətmək və Bakı və İrəvan arasında siyasi dialoqu bərpa eləmək üçün bir azca qabağa gedilsin", - deyə daimi nümayəndə vurğulayıb.

"Ancaq hər şey münaqişə tərəflərinin özlərindən asılıdır. Danışıqlar prosesinin bütün iştirakçıları bunu onların nəzərinə çatdırmağa çalışırlar. Yekun etibarilə tərəflər nə qədər tez hərbi ssenarilərin perspektivsizliyini anlasalar, problem də bir o qədər tez həllini tapar", - Lukaşeviç hesab edir.

"Həll üçün baza isə artıq mövcuddur. Bu – Madrid prinsipləridir, yüksək səviyyədə, o cümlədən prezidentlər Dmitri Medvedevin, Vladimir Putinin, xarici işlər naziri Sergey Lavrovun aktiv dəstəyi ilə əldə olunmuş başqa anlaşmalardır", – sonda diplomat əlavə edib.

Tarix
2016.04.29 / 01:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla