Yuxarı

Sərkisyan mülki əhalimizi bu məqsədlə vurur – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan cəbhə bölgəsində yerləşən kəndlərimizi atəşə tutmaqla mülki əhali içərisində panika yaratmaq, bununla da qeyri-sabitliyə nail olmaq istəyir. Orduya qalib gəlməyin mümkün olmadığını görən ermənilər indi də bu yola əl atıblar. Ancaq İrəvan çox təhlükəli oyun oynayır.

Bu barədə Axar.az-a politoloq Qabil Hüseynli danışıb. Sabiq dövlət müşavirinə görə, Nalbəndyanın son açıqlaması Ermənistandakı çox güclü siyasi böhranın göstəricisi idi:

"İrəvanda Sərkisyan hakimiyyətinə qarşı sui-qəsd ehtimalları artır. Ölkədə hakimiyyət çevrilişinə hazırlıqla bağlı məlumatlar sızdırılır. Bir neçə gün öncə baş verən hadisə bu ehtimalları gücləndirir. Belə ki, Sərkisyan məhz bunu önləmək üçün əvvəlcə Müdafiə Nazirliyində üç generalı işdən qovdu. İndi isə hökuməti istefaya göndərməyə hazırlaşır. Buna paralel olaraq, cəbhə boyunda hərbi əməliyyatları da şiddətləndirir ki, ordu içərisində ruh düşkünlüyünü səngitsin. Ən əsası isə o, bununla daxilə yönəlik mesajlar verir. Yəni müharibə anonsu ilə kütləni yenidən yalançı patriotizm dalğasına çəkmək istəyir. Məsələ burasındadır ki, bu, Ermənistan hökumətinin daxilində ciddi surətdə razılaşdırılmış bir xətt yoxdur. Demək, daxildə parçalanmalar daha ciddi hal alacaq. Artıq hakimiyyət daxili siyasi böhranla iki qanada ayrılıb: müharibə vədləri ilə hakimiyyəti qorumağa çalışanlar, Moskva və Amerikanın təsiri ilə danışıqlar prosesinə üz tutanlar. Yaranmış bu durumda isə Sərkisyan hökuməti istefaya göndərməklə hakimiyyətə qarşı çalışan qüvvələri aradan qaldırmağa çalışacaq".

Proseslərin gedişatını yaxından izləyən politoloq bildirib ki, erməni tərəfi hazırda Azərbaycanın təmas xəttinə yaxın bölgələrdə yaşayan mülki əhalini vurmaqla nəyəsə nail olmağa çalışır:

"Məqsəd mülki əhali arasında panika yaratmaq, bununla da qeyri-sabitliyə nail olmaqdır. Orduya qalib gəlməyin mümkün olmadığını görən ermənilər indi də bu yola əl atıblar. Təmas xəttinə yaxın bölgələrimizin hamısında əhali yaşayır. Azərbaycan ordusunun atəş açdığı ərazilər isə yalnız hərbi postlar və hərbiçilərin yerləşdiyi ərazilərdir. Bu həm də onunla əlaqədardır ki, məsələn, Ağdərədə qarşı tərəfin əhalisi demək olar ki, yoxdur. Ən azı təmas xəttinin Ermənistan tərəfində 40 kilometrə qədər ərazidə ermənilər yaşamır. Daha uzaq nöqtələrə atəş açdıqda isə Şuşa və Xankəndinə gedib çıxır. Bu isə labüd irimiqyaslı müharibə deməkdir. Bir sözlə, İrəvan çox təhlükəli oyun oynayır".

Q.Hüseynli əlavə edib ki, Azərbaycan Ordusu Dağlıq Qarabağa və işğal edilən ərazilərinə istənilən vaxt haradan və necə daxil olacağını çox yaxşı bilir:

"Əlimizdə xəritələr var. Hazırkı gedişat ondan xəbər verir ki, həmin xəritələrlə hərəkət edərək yenidən döyüş əməliyyatlarına başlaya və düşmənə sarsıdıcı zərbələr vura bilərik. Sadəcə olaraq Azərbaycan indi atəşkəsə əməl edir və münasib vaxtı gözləməkdə fayda var. Orduya hücum əmri verilən an erməni ordusu işğal edilmiş ərazilərimizdən amansızcasına qovulacaq".

Xatırladaq ki, Sərkisyan aprelin 24-də "Blumberq" agentliyinə müsahibəsində danışıqlardan imtina etdiyini rəsmən elan etmişdi. Ermənistan XİN rəhbəri E.Nalbandyan isə ötən gün media açıqlamasında danışıqların vacib olduğunu bildirdi. Nalbəndyanın bu açıqlaması aprelin 25-26-da ermənilərin hərbi əməliyyatlarının uğursuzluğu ilə izah olunur.

Ancaq Nalbəndyanın açıqlamasına rəğmən, ermənilər aprelin 27-dən 28-nə keçən gecə artilleriya atəşi ilə cəbhə bölgəsində yerləşən kəndlərimizi vurublar. Nəticədə Ağdam və Tərtərdə 110-dan artıq ev, məktəb, bağça binası dağılıb, həmçinin Tərtərin mərkəzində pambıq zavoduna ciddi ziyan dəyib, 1 mülki şəxs ölüb, 8 nəfər isə yaralanıb.

Tarix
2016.04.29 / 09:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla