Yuxarı

Qarabağdakı əməliyyatın adı müharibə deyil - Cavadov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ordusu öz ərazisində əməliyyat aparır və bu müharibə yox, anti-terror əməliyyatlarıdır.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində bu ölkədəki Azərbaycan icmasının rəhbəri Hikmət Cavadov söyləyib. Onun sözlərinə görə, Azərbaycan xalqı yalnız Qarabağın işğaldan azad olunmasını istəyir:

"Bizə başqa heç nə lazım deyil. Biz müharibə istəmirik. Azərbaycan ordusu öz ərazisində əməliyyat aparır və bu müharibə yox, anti-terror əməliyyatlarıdır. Qarabağda da Ukraynanın anoloji ərazilərində olduğu kimi, separatçılar, işğalçılar var. Bizim əsgərlərimiz bir neçə kilometr önə gedən kimi ermənilər dərhal hay saldılar ki, Azərbaycan guya müharibə başladıb. Əgər biz öz ərazimizdə əməliyyat aparırıqsa, bunun harası müharibədir? 1975-ci ildə Azərbaycan SSRİ-nin tərkibində Avropa Təhlükəsizlik və Əməkdaşlıq Şurasının Helsinki aktına qoşulub. Bu aktın üçüncü bəndində üzv ölkələrin sərhədlərinin pozulmaması göstərilir. 1992-ci ildə BMT Baş Assambleyasının 46-cı sesiyasında Azərbaycan bu təşkilata öz keçmiş sovet sərhədləri ilə birgə üzv qəbul edildi. Bundan sonra Ermənistan Rusiya ordusunun köməyi ilə Qarabağa müdaxilə etdi, oradan yüzminlərlə azərbaycanlını qovdu. İndi Ermənistan deyir ki, biz bu əraziləri boşalda bilmərik, ona görə ki, buradakı ermənilərin təhlükəsizliyinə heç bir zəmanət yoxdur. Ermənilərin məsələni bu cür qoyması ədalətsizlikdir. Azərbaycan bu məsələyə sivil dünyada yanaşıldığı kimi baxır. Beynəlxalq hüquq bizim tərəfimizdədir".

O, Qarabağ konfliktinin yaradılmasında SSRİ ordusunun böyük rolu olduğunu bildirib:

"Həmin vaxtlar Qarabağda sovet qoşunları dislokasiya olunmuşdu. İkincisi isə 1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan edən kimi bizim rəhbərlik və xalqımız sovet ordusunun Azərbaycanı tərk etməsini tələb etdi. Azərbaycandan gedən sovet qoşunları Ermənistanın tərəfinə keçdi. Sözsüz ki, sovet hərbçilərinin yardımı olmasaydı, ermənilər Qarabağda heç nə edə bilməzdilər. 1992-cı il fevralın 26-da Xocalı şəhərində törədilən soyqırımda da SSRİ-nin 366-cı motoatıcı alayı iştirak edib. Xocalıların ağlına da gəlmirdi ki, sovet ordusu nə zamansa şəhərlərinə gəlib, dinc əhalini öldürəcək. Biz Qarabağın işğalı ilə daha bir səbəbdən barışmırıq. Biz İrəvana demək istəmirik ki, İrəvan tarixi Azərbaycan torpaqlarıdır. 1918-ci ildə Antantanın güclü təzyiqindən sonra Azərbaycan Xalq Cümhuriyyəti bu əraziləri Ermənistana vermiş oldu. Bundan sonra 1920, 1929, 1945-ci illərdə Azərbaycan əraziləri Moskvanın rəhbərliyi ilə Ermənistana qatıldı".

Tarix
2016.04.29 / 09:27
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla