Yuxarı

Bakı Sərkisyanın şərtini qəbul etməyəcək, çünki... – Qaqriyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərkisyan danışıqlar prosesi tarixində ilk dəfədir ki, hansısa təklif irəli sürür.

Axar.az xəbər verir ki, bu fikirlər erməni jurnalist Aykazn Qaqriyanın Ermənistan mətbuatında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, Dördgünlük savaş nəticəsində Azərbaycan status-kvonu dəyişməyi bacarıb.

O, Sərkisyanın təkliflərinin Azərbaycan tərəfindən qəbul edilməyəcəyini və buna görə də İrəvanın yeni siyasət formalaşdırmağa hazırlaşdığını bildirib:

"Məntiq deyir ki, danışıqların başlanğıcından etibarən Ermənistan qalib tərəf kimi öz şərtlərini diktə etməli idi. Lakin Ermənistan müharibəni qalib sonluqla başa vurmadı. Üstəlik, əldə olunan qələbə daxili və xarici siyasət nəticəsində itirildi. Ermənistanın mövqeyi danışıqlar prosesində zəiflədi, amma əvəzində Azərbaycan öz mövqelərini gücləndirdi və indi də şərtlərini diktə edir. Dördgünlük müharibə nəinki bundan öncə imzalanan iki atəşkəs müqaviləsini, hətta bütün vasitəçilərin təkliflərini də ləğv etdi".

Qeyd edək ki, dünən Serj Sərkisyan Dağlıq Qarabağ məsələsi üzrə danışıqlar prosesinin bərpası üçün üç şərt irəli sürüb. Bunlar insidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiqi, ünvanlı bəyanat və Azərbaycanın Dağlıq Qarabağdakı əhaliyə qarşı yeni aqressiyaya və terrora getməyəcəyinə təminatdır.

Tarix
2016.04.29 / 12:18
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla