Yuxarı

Parlamentdə Qarabağ müzakirəsi – Sərkisyana mesaj

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

Musavat.com xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda cari məsələlərin müzakirəsi zamanı deputatlar daha çox diqqəti Qarabağ cəbhəsində baş verənlərə yönəldiblər.

Deputat Zahid Oruc Qarabağ cəbhəsində baş verən son hərbi toqquşmalardan bəhs edib və bu zaman Ermənistan Prezidenti Serj Sərkisyanı istefa verməyə çağırıb:

"Ermənilər iki erməni dövləti qurmaq istəyirdi. Ancaq hər ikisindən məhrum olmaq üzrədir. Ermənilər istədiklərinə nail ola bilməyiblər. Bu illər ərzində onlar demoqrafik cəhətdən məhv olublar. Onlar istəyirlər ki, rus generalları gəlib Qarabağda onların əvəzində döyüşsün. Sual olunur, ruslar nə üçün gəlib ermənilərin əvəzinə ölməlidir?"

Z.Oruc sosial şəbəkələrdə və mediada diqqətli olmağa çağırıb. Depuat deyib ki, ordu haqqında hər hansı bir şayiə inzibati yolla cəzalandırılmalıdır.

Deputat Fərəc Quliyev deyib ki, Sərkisyanın danışıqlardan imtinaya yönəlik üç şərtlə çıxış etməsi Ermənistanın bütün beynəlxalq qurumlara hörmətsizliyi deməkdir:

"Bizim bütün dostluq qrupları BMT başda olmaqla beynəlxalq qurumlara müraciət etməlidir. BMT qətnamələrində açıq şəkildə tələb olunub ki, Ermənistanın işğalçı ordusu Azərbaycan ərazisini tərk etməlidir. Bu gün Azərbaycan da bunu tələb edir".

O.Əsədov deyib ki, Ermənistan hakimiyyəti başını itirib:

"Ona görə də xahiş edirəm, Sərksiyandan çox misal gətirməyin. Sərkisyan deyir danışıqlardan imtina edirəm, xarici işlər naziri isə danışıqları davam etdirməyə hazır olduğunu bildirir. Orada dil deyəni ayaq eşitmir".

Deputat Fəzail Ağamalı Azərbaycanın dinc insanları arasında itki verməsini Ermənistanın kifayət qədər azğınlaşmasının bariz nümunəsi adlandırıb:

"Azərbaycan beynəlxalq konvensiyalara söykənərək qəti addımlar atmalı, ultimatum verməlidir. Əgər Ermənistan bundan da nəticə çıxartmasa, Azərbaycan ordusu öz sözünü deməli, nəinki Azərbaycan, ümumiyyətlə, region bu üfunətli bəladan birdəfəlik xilas olmalıdır".

Deputat Aydın Mirzəzadə deyib ki, son bəyanatı Sərksiyanın ən səfeh və primitiv mövqeyidir:

"Beynəlxaql sənədlərdə işğalçı kimi tanınan, Xocalı soyqırımının cəlladı olan Seyran Ohanyanı müdafiə naziri təyin edən bir şəxs bu gün erməni əhalisinin təhlükəsizliyinə təminat tələb edir. Hətta Hitler də belə ağılsız və düşüncəsiz bəyanat verə bilməzdi. Sərkisyan unudur ki, bu gün Azərbaycan Zəngəzuru, Meğrisi, Göyçəsi əlindən alınan, Dağlıq Qarabağa zorla muxtariyyət statusu verilən Azərbaycan deyil".

Deputat Elşən Musayev Avropa Şurası Parlament Assambleyasında üzləşdikləri erməni təxribatından bəhs edib. Həmçinin diqqətçəkən müşahidələrini bölüşüb: "Xristian faktoru artıq Azərbaycan əleyhinə işləmir, erməni lobbisi prosesə neytral qalıb və Ermənistan tamamilə təklənib".

E.Musayev Türkiyənin Baş naziri Əhməd Davudoğlunun sərgilədiyi mövqeyini yüksək dəyərləndirib.

Deputat Sahib Alıyev deyib ki, erməni canilərinin mülki əhalini atəşə tutması nəticəsində Tərtərdə 256 ev dağılıb ki, bu, bir kənd deməkdir. Çox təəssüf ki, Minsk Qrupu həmsədrləri olan ölkələr məsələyə seyrçi qalır: "Bu, Azərbaycan ordusuna haqq verir ki, genişmiqyaslı hərbi əməliyyatlara başlasın. Amma Azərbaycan daha çox qan tökülməsini istəmir".

S.Alıyev Ermənistana "hədiyyə" göndərilən 1 ədəd T-90S tankının gətirilməsi xəbərinə reaksiya verib: "Erməni tərəfi onu unutmamalıdır ki, Azərbaycan 100 T-90S tankı alıb".

Deputat Elman Nəsirov bildirib ki, beynəlxalq ictimaiyyət olduqca müəmmalı susqunluq nümayiş etdirməkdədir:

"Gözlənilirdi ki, beynəlxalq ictimaiyyət hərəkətə keçəcək və təcavüzkarın cəzalandırılmasına qərar verəcək. Ancaq xristian təəssübkeşliyi yenə özünü göstərdi. Cəzasız qalan Ermənistan dinc əhalini hədəfə alıb".

Vitse-spiker Bahar Muradova Azərbaycan xalqının öz ordusuna inamından bəhs edib:

"Biz beynəlxalq təşkilatları, ölkələri Azərbaycanın yanında olmağa yox, ədalətin, beynəlxalq hüququn yanında olmağa çağırmalıyıq: Fəaliyyətimizi çox genişləndirməliyik, həmçinin beynəlxalq aləmi informasiya ilə təmin etməliyik. Biz razılaşmışdıq ki, cəbhədə baş verənlərlə bağlı yalnız Müdafiə Nazirliyinin məlumatını yayaq. Bizim qarşıda görəcəyimiz çox böyük işlər var".

Tarix
2016.04.29 / 13:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla