Yuxarı

Sərkisyan əsgər toplamaq üçün bu vasitəyə əl atdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hərbi xidmətə çağırılma haqqında qanunu dəyişir. Belə ki, bakalavr pilləsini bitirənlər həqiqi hərbi xidmətə möhlət hüququndan dərhal məhrum ediləcəklər.

Axar.az xəbər verir ki, artıq Ermənistan parlamenti bu barədə müzakirələrə başlayıb. Parlamentin böyük çoxluğunu təşkil edən Respublika Partiyası hökumətin istəyi ilə qanuna dəyişiklik etmək istəyir. İqtidar partiyasını digər müxalif qüvvəllərin də bir qismi dəstəkləyir.

Bu gün parlamentdə çıxış edən "İrs" fraksiyasının üzvü Ruben Akobyan 18 yaşında olan hər kəsin orduya aparılmasını tələb edib:

"Son hadisələr göstərir ki, artıq bu qanun layihəsini qəbul etməyin vaxtı çatıb. Cəmi 10% oğlan aspiranturanı bitirəndən sonra elmlə məşğul olur. Onlar əsgərliyə çağırılsalar, elm zərər görməz".

Qeyd edək ki, bundan öncə Ermənistan Müdafiə naziri Seyran Ohanyan da eyni təkliflə çıxış edib.

Ermənistanda son günlər ölkədən gedənlərin sayı artıb. Ölkədəki ağır sosial, iqtisadi şərait əhalini Ermənistandan uzaqlaşdıran əsas səbəblər sırasındadır. Üstəlik, Ermənistan ermənilərinin hərbi xidmət üçün Qarabağa göndərilməsi əhalinin narazılığını artırır. Orduya əsgər tapa bilməyən Sərkisyan hakimiyyəti isə çarəni qanunu dəyişməkdə görür.

Tarix
2016.04.29 / 14:38
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat xarakterli aksiya planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla