Yuxarı

Xarici jurnalistlər ermənilərin dağıtdığı məktəbdə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün cəbhə bölgəsinə səfər edən xarici və yerli media təmsilçiləri aprelin 2-də ermənilərin atəşi nəticəsində dağılan Sarıcalı kənd orta məktəbində olublar.

APA-nın xəbərinə görə, mərmi partlaması nəticəsində dağılan məktəb binası hazırda əsaslı təmir olunur.

Məktəb direktoru Aybəniz Məhərrəmova binanın yalnız bir korpusunun zədələnmədiyini, tədris prosesinə çox çətinliklə davam etdiklərini deyib.

Hazırda məktəbin dövlət vəsaiti hesabına əsaslı təmir olunduğunu bildirən A. Məhərrəmova məktəbin qısa zamanda tam istifadəyə veriləcəyini açıqlayıb.

Onun sözlərinə görə, 300 yerlik məktəbdə 261 şagird təhsil alır.

Qeyd edək ki, bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkədə akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələri (ümumilikdə 45 media nümayəndəsi) XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müşayiəti ilə cəbhə bölgəsinə gediblər.

Media təmsilçiləri öncə Bərdə rayonunda olub, Bərdə Diaqnostika Mərkəzində müalicə olunan, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşlara baş çəkiblər.

Daha sonra Ağdam rayonuna gedən jurnalistlər ermənilərin atəşi nəticəsində həlak olan Çəmənli kənd sakinləri Mustafayev Famil Əli oğlu və Hüseynov Əli Müseyib oğlunun yaxınları ilə görüşüb, xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Çəmənli kənd sakinlərinə baş çəkiblər.

Cəbhə bölgəsində yola düşən xarici media nümayəndələri arasında BBC, "Röyter", "Blumberq", "Francs-Press", "RİA Novosti", "Anadolu", TRT, İHA, "Cihan", "Rossiya 24" kanalının əməkdaşları, israilli media eksperti Arye Qut və s. var. Moldovanın keçmiş ombudsmanı Aurelia Qriqoriu da heyətdə təmsil olunub.

Tarix
2016.04.29 / 15:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla