Yuxarı

"Bakı Qarabağı güc yolu ilə ala bilər, ancaq..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 29-da Tiflisdə "Cənubi Qafqazda münaqişələr və təhlükəsizlik: problemlərin həllində regional güclərin rolu" mövzusunda beynəlxalq konfrans keçirilib.

Axar.az xəbər verir ki, Gürcüstanın GFSİS təşkilatının və Finlandiyanın SİPRİ İnstitutunun birgə təşkil etdikləri tədbirdə Cənubi Qafqazdakı mövcud münaqişələrin təhlükəsizliyə, regional sülhə və iqtisadi inkişafa yaratdığı problemlər müzakirə olunub. Ayrı-ayrı sessiyalarda bölgədəki böyük dövlətlərin bu problemlərin həllindəki rolu, maraqları ilə bağlı məruzələr dinlənilib, mövcud münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılıb.

Çıxışlarda qeyd olunub ki, bəzi dövlətlərin bu münaqişələrin həlli ilə bağlı səyləri hələlik heç bir nəticə vermir. Beynəlxalq təşkilatlar səylərini artırmalı və problemlərin həllinə daha çox maraq göstərməlidirlər.

Konfransda Azərbaycanın regionda artan nüfuzuna, iqtisadi inkişafına da toxunulub. Bildirilib ki, Azərbaycan hazırda regionda böyük iqtisadi gücə və nüfuza malikdir. Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etməyə qadirdir. Lakin rəsmi Bakı müharibənin necə ağır bəlalar gətirdiyini başa düşür və problemi sülh yolu ilə həll etmək istəyir.

Beynəlxalq ekspertlər Ermənistanın ədalətsiz mövqeyini tənqid edib və rəsmi İrəvana təzyiqlərin artırılmasını təklif ediblər.

Gürcüstanın Baş nazirinin xüsusi nümayəndəsi, səfir Zurab Abaşidze AzərTac-a müsahibəsində deyib: "Bu tədbir Cənubi Qafqaz regionundakı münaqişələrin həllində, təhlükəsizliyin və sülhün təmin olmasında mühüm əhəmiyyət kəsb edir. Konfransın Tbilisidə keçirilməsi sübut edir ki, beynəlxalq təşkilatlar və Avropa Cənubi Qafqaza böyük əhəmiyyət verir. Burada Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələr, atəşkəsin pozulması məsələsinə də toxunuldu və iştirakçılar münaqişə bölgəsində müharibənin yenidən alovlanmasından narahatlıqlarını ifadə etdilər. Beynəlxalq ictimaiyyət bu münaqişələrin sülh yolu ilə həllinə tərəfdardır".

Abaşidze onu da vurğulayıb ki, Gürcüstan dövləti və hökuməti də Dağlıq Qarabağda atəşkəsin pozulmasından narahatdır. Biz hesab edirik ki, müharibənin yenidən alovlanmasına imkan vermək olmaz. Gürcüstan tərəfi münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.

Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gömrükçü də bu konfransın əhəmiyyətini xüsusi qeyd edərək deyib: "Son günlər Dağlıq Qarabağda atəşkəsin yenidən pozulması, mülki insanların həlak olması ilə bağlı məlumatlar konfrans iştirakçılarını da narahat edir. Siyasi ekspertlər öz çıxışlarında bunu aydın söylədilər. Azərbaycanın öz ərazilərinin işğal altında qalmasına imkan verməyəcəyi də hamıya bəllidir və beynəlxalq ictimaiyyət də rəsmi Bakının mövqeyini başa düşür. Türkiyə olaraq biz də bu məsələdə Azərbaycanın yanındayıq. Bu konfransda da bu məsələ qeyd olundu və münaqişənin sülh yolu ilə həlli ilə bağlı səylərin artırılmasının vacibliyi vurğulandı".

Konfransda Avropa İttifaqının, Avropa Şurasının ekspertləri, diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının əməkdaşları iştirak ediblər.

Tədbirdə Azərbaycanı ölkəmizin Gürcüstandakı səfirliyinin məsul əməkdaşı İlyas Məmmədli təmsil edib.

Tarix
2016.04.29 / 20:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla