Yuxarı

Nazirlik rusiyalı polkovniki mükafatlandırdı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev ehtiyatda olan polkovnik-leytenant Sergey Uvarova "Hərbi xidmətlərə görə" medalı təqdim edib. Mükafat haqqında şəhadətnamə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1994-cü ildə imzalanıb.

Axar.az xəbər verir ki, Sergey Vladimiroviç Uvarov Azərbaycanın bu yüksək mükafatına Azərbaycan Respublikası Silahlı Qüvvələrinin möhkəmləndirilməsi işində göstərdiyi igidlik, cəsarət və vicdanlı münasibətə görə layiq görülüb.

Medalı təqdim edərkən Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev qeyd edib ki, SSRİ-nin süqutundan sonra sovet ordusunun Azərbaycanda xidmət keçən bir çox zabitləri öz yoldaşlarını darda qoymayıb. K.Vəliyev deyib: "Müstəqilliyinin ilk illərində Azərbaycan Ermənistan tərəfdən təcavüzə məruz qalıb. Bu dövrdə sovet ordusunun Azərbaycanda xidmət edən bir çox zabitləri Azərbaycan xalqı ilə birgə Vətənimizin bütövlüyünü, suverenliyini və müstəqilliyini müdafiə edirdilər. Onlardan biri Sergey Uvarov idi. Mənim üçün döyüş yoldaşı kimi Sergey Vladimiroviçə bu yüksək dövlət mükafatını təqdim etmək böyük şərəfdir".

K.Vəliyev S.Uvarova Azərbaycan müdafiə nazirinin adlı saatını təqdim edib.

Yüksək mükafata görə Azərbaycan dövlətinə minnətdarlığını bildirən Sergey Uvarov qeyd edib ki, Azərbaycanın müstəqillik əldə etməsindən sonra Azərbaycan Ordusunda xidmət etməyə başlayıb. O deyib: "Birgə xidmət etdiyim bir çox dostlar Azərbaycanı tərk etmədi və biz birlikdə silahlı qüvvələri yaradırdıq. Çox xoşbəxtəm ki, indi Azərbaycanla Rusiya arasında yaxşı, səmimi münasibətlər var. Xalqlarımıza sülh və inkişaf diləyirəm".

S.Uvarov vurğulayıb ki, Dağlıq Qarabağda baş verən hadisələri diqqətlə izləyir. Ehtiyatda olan zabit fikrinin davamında deyib: "Məncə, Qarabağ tarixən həmişə Azərbaycana məxsus olub və həmişə də Azərbaycan Respublikasının tərkibində qalmalıdır. Azərbaycan Ordusu indi daha güclüdür. Son hadisələr sübut etdi ki, o döyüş qabiliyyətlidir, qarşısına qoyulan vəzifələrin öhdəsindən gələ bilər".

Tarix
2016.04.29 / 20:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla