Yuxarı

Abituriyentlərə şad xəbər: Qəbulda üç fənn olacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələcəkdə ali məktəblərə qəbul imtahanlarında cəmi üç fənn olacaq.

Report xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASAN radio"nun "Qəbuldasan" verilişində deyib.

O bildirib ki, bakalavr imtahanında Ana dili və Riyaziyyat fənlərindən olan nəticələr eyni fənnin buraxılış imtahanından olan nəticələrlə əvəz edilə bilər: "Amma hələlik buraxılış imtahanının səviyyəsi, xüsusilə I və II qruplarda olan Riyaziyyat fənnindən olan suallarla buraxılış imtahanında eyni fənlərdən hazırlanan suallar eyni səviyyədə deyil. Bu səbəbdən də hələ bu prosesin reallaşması mümkün deyil. Biz bununla bağlı iş görürük, bu proses üç il davam edəcək. Biz çalışacağıq ki, gələcəkdə ixtisas qrupları üzrə institut imtahanları üç fəndən ibarət olsun".

Məleykə Abbaszadə bildirib ki, imtahanlardan sonra sualları sosial şəbəkələrdə yayanlar qanunu pozurlar: "Biz bu yaxınlarda bununla bağlı müəyən sənədlər hazırlamışıq və mən həmin sənədləri imzalamışam. Biz hansı saytdan bu məlumatların yayıldığını müəyyənləşdirmişik və onları məhkəməyə verəcəyik".

Sədr qeyd edib ki, hər bir fəndən olan sualları hazırlamaq üçün kifayət qədər maliyyə vəsaiti sərf olunur: "Eyni səviyyədə olan sualları hər il hazırlamaq çox çətindir. Bu səbəbdən də suallar bir neçə il sonra təkrar oluna bilər. Bütün bu səbəblərdən imtahanlardan sonra suallaın verilməsi doğru deyil".

Tarix
2016.04.29 / 21:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla