Yuxarı

Prezident: "Elə bir rayon qalmayacaq ki..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz bu məsələlərə kompleks şəkildə yanaşırıq və bu gün Azərbaycanın demək olar ki, bütün bölgələrində, rayonlarımızın mütləq əksəriyyətində ən müasir standartlara cavab verən xəstəxanalar var. Əlbəttə, yaxın bir-iki il ərzində elə bir rayon qalmayacaq ki, orada müasir tibb ocağı olmasın.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev aprelin 29-da Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında deyib.

"Xəstəxananın tikintisi ilə bağlı müvafiq göstəriş bir neçə il bundan əvvəl verilmişdir. Ancaq keçən il mən Ağsuda olarkən gördüm ki, binada işlər getmir, yarımçıq qalıbdır. Maraqlandım, dedilər ki, vəsait qurtarıb və büdcədə vəsait nəzərdə tutulmayıb. Mən də göstəriş verdim ki, dərhal Prezidentin ehtiyat fondundan əlavə vəsait ayrılsın. On milyon manat əlavə vəsait ayrıldı ki, bu xəstəxana yarımçıq qalmasın, tezliklə tikilib istifadəyə verilsin. Mən keçən dəfə, ötən ilin sentyabrında Ağsuda olmuşam. Altı aydan sonra gəlmişəm ki, sizinlə birlikdə bu xəstəxananın açılışını qeyd edək.

Bu, doğrudan da gözəl hadisədir. Bu, onu göstərir ki, Azərbaycanda sosial məsələlər uğurla həll olunur. Sosial məsələlərin həllində səhiyyə, əlbəttə ki, ön plandadır. Son illər ərzində Azərbaycanda 500-dən çox xəstəxana, tibb ocağı tikilib və ya əsaslı şəkildə təmir edilib. İnsanlara gözəl xidmət göstərmək üçün bütün imkanlar var. Bir neçə ildir ki, mənim göstərişimlə ölkə üzrə dispanserləşdirmə aparılır, insanların müayinədən keçməsi işləri lazımi səviyyədə görülür. Bu il 5 milyona yaxın insan müayinədən keçibdir və mənə verilən məlumata görə, onların 91 faizi tam sağlamdır. Səkkiz faiz isə ambulator müalicə ilə təmin edilibdir. O cümlədən Ağsu rayonunda 50 mindən çox insan pulsuz müayinədən keçibdir. Bu, əlbəttə ki, bir daha Azərbaycanın sosial siyasətini göstərir. Çünki insanların sağlamlığı ən vacib məsələdir. İnsanların sağlamlığı üçün, əlbəttə ki, vaxtında müayinədən, diaqnostikadan keçmək, analizləri vermək lazımdır. Əgər hər hansı bir xəstəlik aşkar olunarsa, çox gözəl tibbi xidmət göstərilməlidir. Biz bu məsələlərə kompleks şəkildə yanaşırıq və bu gün Azərbaycanın demək olar ki, bütün bölgələrində, rayonlarımızın mütləq əksəriyyətində ən müasir standartlara cavab verən xəstəxanalar var. Əlbəttə, yaxın bir-iki il ərzində elə bir rayon qalmayacaq ki, orada müasir tibb ocağı olmasın.

Sosial məsələlərin həllinə gəldikdə, bilirsiniz ki, Azərbaycan dövləti bu məsələləri daim diqqət mərkəzində saxlayır. Baxmayaraq ki, dünyada iqtisadi, maliyyə böhranı yaşanır, neftin qiyməti 4 dəfə aşağı düşübdür, bu il Azərbaycanda maaşlar və pensiyalar 10 faiz artırılıbdır. Sosial məsələlərin həlli üçün insanların sağlamlığını şərtləndirən su layihələri icra olunur, o cümlədən biz Ağsu rayonunda keçən il içməli su layihəsinin açılışını qeyd etmişik. İndi şəhər əhalisi Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun fasiləsiz içməli su ilə təmin edilir və bir neçə kənd artıq bu şəbəkəyə qoşulubdur.

Təmiz ekoloji vəziyyət, ekologiya tədbirləri də insanların sağlamlığı üçün çox vacibdir və bu da Ağsuda var. Çünki Ağsunun gözəl təbiəti, havası, əlbəttə ki, insanın sağlamlığına gözəl şərait yaradır.

Əlbəttə ki, sosial məsələlərin həlli üçün güclü iqtisadi imkanlar olmalıdır. Azərbaycan bu istiqamətdə də liderlik göstərir. Dünya miqyasında iqtisadi artım templərinə görə biz ön plandayıq.

2016-cı il isə dərin iqtisadi islahatlar ilidir. İslahatlar dərinləşir, biznes mühiti yaxşılaşır. İlin əvvəlindən 30 mindən çox yeni iş yeri açılıbdır. İşsizliyə qarşı mübarizə aparılır və yeni müəssisələr, sənaye sahələri, zavodlar, fabriklər açılır, o cümlədən Ağsu rayonunda. Gələcəkdə sənaye potensialımızın artırılması, kənd təsərrüfatının inkişafı, əlbəttə ki, yeni bir vəziyyət yaradacaqdır", - İlham Əliyev qeyd edib.

Tarix
2016.04.29 / 21:45
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla