Yuxarı

''Könüllü döyüşməyə hazırıq'' - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhədəki gərginlik Azərbaycanın xaricdə yaşayan mərd oğullarını hərəkətə gətirib.

Təkcə MDB ölkələrində yaşayan 2000-dən artıq azərbaycanlı Müdafiə Nazirliyinə müraciət edib.

Rusiyada yaşayan soydaşlarımız səfərbərlik elan olunduqda könüllü döyüşməyə hazırdırlar. Bununla bağlı Müdafiə Nazirliyinə minlərlə yazılı və şifahi müraciət daxil olub.

Region TV xəbər verir ki, qoşunların təmas xəttindəki son vəziyyət Moskvada, Tümendə, Altay və digər vilayətlərdə olan soydaşlarımızı Müdafiə Nazirliyinə müraciət etməyə sövq edib. Nazirliyə daxil olan müraciətlərdə Azərbaycan oğullarının hər an döyüşə hazır olduqları deyilir. Rusiyada yaşayan soydaşlarımızla Skayp vasitəsilə əlaqə zamanı da onların müraciətləri azərbaycanlıların həmrəy olduğunu bir daha göstərdi.

Altay vilayətində yaşayan soydaşımız: "Mənim 50-yə yaxın işçim var. Hamımız döyüşə hazırıq. Bundan əlavə, mənim tanıdığım 1000-yə yaxın insan da eyni şeyləri düşünür".

2009-2010-cu illərdə Tovuzda N saylı hərbi xidmətdə olan, əslən tərtərli Elşad Ağayev isə Moskvadan əlaqəyə qoşulub:

"Biz o torpaq üçün yaşamışıq, o torpaq üçün də öləcəyik. Səfərbərlik bu gün elan olunsa, canımızdan keçməyə hazırıq. Mənim dostlarım, tanışlarım da bu amalla yaşayırlar".

Hazırda Tümen vilayətində yaşayan 45 yaşlı Elşən Ağayev isə aprel ayı boyunca yaşayış evləri iriçaplı silahlardan atəşə tutulan Tərtərin Xoruzlu kəndindəndir. 17 yaşlı oğlu ilə birgə torpaqlarımızı işğaldan azad etmək uğrunda canından keçməyə hazırdır. O, Azərbaycanın haqlı mövqeyi haqda digər millətləri məlumatlandırmaq üçün təbliğat işlərini artırdıqlarını da bildirib.

Tarix
2016.04.29 / 22:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla