Yuxarı

Prezident: "Bu sahədə çox ciddi addımlar atılıb"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sahibkarlıqla bağlı çox ciddi addımlar atılıbdır. Biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun inkişafı, ixrac potensialımızın artırılması və idxaldan asılılığımızın azaldılması istiqamətində çox ciddi işlər gedir.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev aprelin 29-da Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında deyib.

"Bizim üçün keçmişdə ənənəvi olan sahələr indi yenidən canlanır. Bilirsiniz ki, mən pambıqçılığın inkişafı ilə bağlı müvafiq göstərişlər verdim. Artıq işlər başlayıb və o cümlədən Ağsu rayonunda bu il 1000 hektardan çox sahədə pambıq əkiləcək. Bu proses başlamışdır. Sovet dövründə Azərbaycanda ulu öndər Heydər Əliyevin böyük zəhməti, səyləri nəticəsində hər il 800 min, 900 min, hətta 1 milyon ton pambıq istehsal olunurdu.

Mən statistikaya baxdım. Keçən il cəmi 35 min ton pambıq istehsal olunub. Bu il 50 min hektarda pambıq əkiləcək. Əkin başlayıb və biz ən azı 100 min ton məhsul gözləyirik. Yəni, keçən ildən fərqli olaraq 3 dəfə çox. Ağsu rayonunda isə Sovet dövründə 5 min hektar pambıq əkilirdi. Bu il 1000 hektardan çox əkiləcək. Əminəm ki, gələn il siz Sovet dövründəki səviyyəyə çatacaqsınız. Bu, yerli istehsal, iş yerləri deməkdir. İnsanlar yaxşı pul qazanacaqlar və biz ixracyönümlü məhsul əldə edəcəyik.

İndi neftin qiymətinin aşağı düşməsi ilə bağlı bizim valyuta gəlirlərimiz azalıb, bu, təbiidir. Əgər neftin qiyməti 4 dəfə düşürsə, - yaxud indi 3 dəfə, misal üçün, bir az qalxıb, - demək, gəlir 3-4 dəfə azalır. Biz bu gəliri ixracyönümlü məhsullarla kompensasiya etməliyik. Onların içərisində pambıq ən əlverişli məhsuldur, çünki dünya birjalarında satılır, satışla bağlı da heç bir problem yoxdur. Ona görə, Ağsuda pambıqçılıq inkişaf etməlidir. Biz Sovet dövrünün səviyyəsinə qalxmalıyıq, qalxacağıq.

Baramaçılıqla bağlı oxşar göstərişlər verilib, bu istiqamətdə də işlər gedir. Biz daim insanları işlə təmin etmək üçün çox ciddi fəaliyyət göstərməliyik. Çünki Azərbaycanda son 12 il ərzində bir milyondan çox daimi iş yeri açılıbdır, ümumiyyətlə, təxminən 1 milyon 300 min. Ancaq əhali də artır. Əhali artdıqca iş yerlərinin açılmasına daha da ehtiyac var. Ona görə, bu, daimi proses olmalıdır. Kənd təsərrüfatı, emal sənayesi, sənaye müəssisələrinin yaradılması, turizm imkanlarının genişləndirilməsi - bütün bu məsələlərə biz kompleks şəkildə yanaşırıq. Ona görə Azərbaycan neftin qiymətinin aşağı səviyyəyə düşməsi şəraitində neftlə zəngin olan bütün başqa ölkələrdən bəlkə də daha gözəl nəticələr göstərir. Çünki düşünülmüş siyasət aparılır. İqtisadiyyatın şaxələndirilməsi prosesi gedir və qeyri-neft sektoru inkişaf edir.

Siz yaxşı bilirsiniz ki, Ağsu rayonunun sosial-iqtisadi inkişafı üçün bir çox tədbirlər görülmüşdür, sərəncamlar imzalanmışdır. Mən daim rayondakı vəziyyəti diqqətdə saxlayıram. Bu, mənim Prezident kimi Ağsuya beşinci səfərimdir. Bu illər ərzində doğrudan da bir çox vacib layihələr icra edildi. Qazlaşdırma səviyyəsi təxminən 90 faizə çatır. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Ağsu şəhərinin içməli su ilə təmin edilməsi məsələsi öz həllini tapıbdır. Kənd yollarının tikintisi gedir. Bir neçə layihə icra edilib. Mən indi əlavə göstəriş verəcəyəm, vəsait ayıracağam ki, yeni kənd yolları layihələri icra edilsin. Bakı-Şamaxı yolu artıq genişlənir. Dördzolaqlı yol olacaq. Yəni, gəliş-gediş rahat olacaq. Digər istiqamətə gedən Göyçay-Ağdaş yolu da lazımi səviyyədə təmir edilir. Ona görə, bütün infrastruktur layihələri artıq ya başa çatıb, ya da ki yaxın zamanlarda başa çatacaq.

İndi əsas vəzifə yerli istehsalın artırılması, kənd təsərrüfatının inkişafıdır. Biz yeni əkin sahələrini dövriyyəyə buraxmalıyıq. Suvarmanı daha yaxşı səviyyədə təşkil etməliyik. Biz gərək ənənəvi olan kənd təsərrüfatı sahələrini canlandıraq, bərpa edək. Beləliklə, insanların rifah halı daha da yaxşılaşacaq və ölkəmiz neftdən asılılığını daha da aşağı səviyyəyə salacaqdır.

Hesab edirəm, bu gün, təbii ki, tarixdə qalacaq. Təkcə ona görə yox ki, Ağsuda belə gözəl, yaraşıqlı, əzəmətli tibb ocağı yaradılıb. Ona görə ki, hətta böhranlı illərdə, müəyyən çətinliklərlə üzləşdiyimiz bir dövrdə yenə də biz sosial məsələləri, insanların sağlamlığını ön planda saxlayırıq. İnsanlar üçün belə gözəl memarlıq əsərləri yaradırıq. İnsanlar yaxşı yaşasınlar, dolanışıq daha yaxşı olsun, yaxşı tibbi xidmət alsınlar. Eyni zamanda, bu xəstəxana, əlbəttə ki, həkimlərin iş yeridir. Sizin üçün də gözəl şərait yaradılıbdır. Çünki əvvəlki rayon xəstəxanasının vəziyyəti, - siz məndən yaxşı bilirsiniz, - o qədər də ürəkaçan deyildi. Yeni binada isə şərait çox gözəldir. Belə də olmalıdır. Çünki bu tibb ocağı insanlara xidmət göstərir", - İlham Əliyev qeyd edib.

Tarix
2016.04.30 / 09:00
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla