Yuxarı

Yeni pilot layihə hazırlanır – Tibbi sığorta

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İcbari tibbi sığorta hökumətin həyata keçirdiyi sosial layihələrin tərkibində yer alır. Mayın sonuna yaxın icbari tibbi sığortanın tətbiqi üçün model, eyni zamanda, modelin icrası üçün tədbirlər planı hazır olacaq. Hazırda bir qrup xarici ekspert Bakıda səfərdədir. Layihə ilə bağlı hazırlıq işləri öz qaydasında gedir.

Axar.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev Trend-ə müsahibəsində deyib. Onun sözlərinə görə, icbari tibbi sığorta modelinin tətbiqi üçün keçid dövrü lazımdır:

"Mayın sonundan sonra seçiləcək modeldən irəli gələn islahatların həyata keçirilməsi, qanunvericiliyə dəyişikliklərin edilməsi prosesinə başlanılacaq. Növbəti 6 ayda bunları intensiv şəkildə həyata keçirəcəyik ki, ilin sonuna yaxın pilot layihənin icrasına başlayaq. Əgər müəyyən çətinliklər olsa, o zaman ən geci, gələn ilin əvvəlində başlayacağıq. İlin sonunda pilot layihənin həyata keçirilməsinə başlayacağıq. Çalışacağıq ki, layihənin əhatə dairəsini sürətlə artıraq. Dünyada olduğu kimi icbari tibbi sığortanın universal təminatına nail olmaq istəyirik. Universal təminatda iki əsas amil nəzərə alınır: əhali və təminat. Tam universal təminatda bütün əhali qrupları əhatə edilir və onlara bəzi xidmətlər istisna olmaqla, bütün növ təminatlar verilir. İcbari tibbi sığortanı tətbiq edən ölkələr buna 5-10 il ərzində nail olublar".

Z.Əliyev icbari tibbi sığortadan kimlərin pulsuz istifadə edə biləcəyinə də aydınlıq gətirib:

"Adətən, icbari tibbi sığortadan 18 yaşadək uşaqlar, sağlamlıq imkanları məhdud olan bütün insanlar, aztəminatlı ailələr, tələbələr, pensiyaçılar pulsuz istifadə edirlər. Amma yüksək məbləğdə təqaüd alanlar istisna təşkil edir. Biz bu məsələni müzakirə edəcəyik. Onu da deyim ki, əslində, sadaladığım qruplar icbari tibbi sığortadan pulsuz istifadə etmir. Belə ki, onların sığorta haqqını dövlət ödəyir".

O, icbari tibbi sığorta üzrə pilot layihənin tətbiq ediləcəyi rayonlardan söz açıb:

"Pilot rayonun müəyyənləşdirilməsi üçün 100-200 min əhalisi olan rayonların göstəricilərini təhlil edirik. Pilot rayonun seçilməsi prosesində demoqrafik göstəricilər, o cümlədən, əhalinin sayı, qrupları, iqtisadi fəal əhalinin, sağlamlıq imkanları məhdud olanların, uşaqların sayı, həmin ərazidəki mövcud xəstəxanaların vəziyyəti və s. nəzərə alınacaq. Pilot kimi hər hansı rayonu seçsək, o zaman sistem oradakı bütün əhaliyə - işləyən və işləməyən şəxslərin hamısına şamil olunacaq".

Z.Əliyev bildirib ki, icbari tibbi sığorta üzrə vahid qiymət cədvəli olacaq:

"Hazırda Agentliyin mütəxəssisləri vahid qiymətləri hesablayırlar. Hesablamalar başa çatdıqdan sonra təminat verəcəyimiz əhali təbəqəsinin xərclərini müəyyən edəcəyik. Bunun hesabına da adambaşına sığorta haqqını müəyyən edə biləcəyik. Yəni əməkhaqqından neçə faiz tutulmanın ediləcəyi müəyyən ediləcək. Bununla yanaşı, sistemin tətbiqinə dövlət müəssisəsindən başlanacaq. Amma növbəti mərhələlərdə özəl tibb müəssisələri də prosesə cəlb oluna bilər".

Tarix
2016.04.30 / 11:25
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla