Yuxarı

Baqratyan: "Biz Türkiyə büdcəsindən dolanırıq"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə istehsal olunan mallardan imtina haqda qərar qəbul etsək, bundan ən çox əziyyəti biz çəkəcəyik. Türkiyə istehsalçıları üçün biz az əhəmiyyət kəsb edirik. Biz Türkiyə büdcəsindən dolanırıq, o ölkənin mallarından imtina ən axmaq qərar olar.

Report Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu parlamentin "Erməni Milli Konqresi" fraksiyasının üzvü Qrant Baqratyan ölkənin iqtisadiyyat naziri, "Daşnaksütyun" Partiyasının üzvü Artsvik Minasyanın Türkiyədə istehsal olunan malların idxalının məhdudlaşdırılması və ya qadağa qoyulması haqda çıxışına münasibət bildirərkən deyib.

"Hakimiyyət hay-küyçü vətənsevərliklə məşğul olursa, deməli, onun xalqa verməyə heç nəyi yoxdur. Bəzi məhsulları əvəzləmək mümkündür. Bu başqa məsələdir. Ümumiyyətlə, Rusiya Türkiyə mallarına sanksiya tətbiq edəndən sonra öz vəziyyətini ağırlaşdırsa da, ən çox əziyyəti Ermənistan çəkir", - deputat Q.Baqratyan vurğulayıb.

Qeyd edək ki, Ermənistan parlamentindəki deputatlardan biri türk mallarının idxalına qadağa qoyulmaqla bağlı çıxış etmişdi. Deputat buna səbəb kimi Qarabağ münaqişəsi ilə bağlı Ankaranın Bakıya açıq dəstəyini göstərmişdi. Ermənistanın İqtisadiyyat naziri Arsvik Minasyan parlamentdə çıxışı zamanı da hökumətin türk mallarının idxalına qadağa tətbiq edilməsi imkanlarını nəzərdən keçirdiyini bildirmişdi.

Tarix
2016.04.30 / 14:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla