Yuxarı

Deputat: “Sərkisyan başını itirib”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərkisyan öz şəxsi mənafeyini güdərək həmişə danışıqlar xətrinə danışıqlara gedib. Dördgünlük müharibədən sonra Sərkisyan nokautdadır, öz sözlərini və hazırki vəziyyəti idarə etmək iqtidarında deyil.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

"Aprelin əvvəlində Azərbaycan erməni provokasiyasına sarsıdıcı cavab verdi. Düşmən canlı və texniki itkilər verərək öz mövqeyini boşaltmaq məcburiyyətində qaldı. Sərkisyanın arxalandığı sosial baza onsuz da son zamanlar azalmışdı, dördgünlük müharibə isə qalan bütün sosial bazalarını itirməyə gətirib çıxardı. Ermənistan ordusu bütün cəmiyyətdə olduğu kimi, korrupsiya və özbaşınalıqdan, erməni xalqı aclıqdan əziyyət çəkir. Son günlərdə Sərkisyanın 3 yüksək rütbəli hərbiçini işdən azad etməsi çox şeydən xəbər verir. Buna görə də Sərkisyanın cəbhə xəttində revanş qazanmaq istəyi gülünc görünür. Onun başqa yolu yoxdur, çünki o hakimiyyəti əldə saxlamaq istəyir.

Sərkisyan şəxsi mənafelərini güdərək hər zaman danışıqlar xətrinə danışıqlara gedib.

Lakin hazırda Ermənistan prezidenti nokautdadır və öz verdiyi vədləri, eləcə də hazırki vəziyyəti idarə etmək iqtidarında deyil. İndi o, danışıqlardan imtina etmək fikrindədir. Onda hansı alternativ mövcuddur? Müharibə? Axı aprel hadisələri erməni ordusunun "gücünü" ortaya qoydu...

Sizi inandırıram ki, dördgünlük müharibə bir az da davam etsəydi, hər şey çox fərqli olardı. Bu itkilərdən sonra Ermənistan öz rəhbərliyinə divan tutmalı idi. Buna görə də düşünürəm ki, Sərkisyan öz başını itirib və onun sonu yaxındadır".

Tarix
2016.04.30 / 17:43
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla