Yuxarı

Almaniya Qarabağla daha çox məşğul olacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin əvvəlindən etibarən Dağlıq Qarabağ bölgəsində Ermənistan qoşunlarının bütün təmas xətti boyunca Azərbaycanın mövqelərinə və mülki əhalinin məskunlaşdığı kənd və qəsəbələrə ağır silahlardan atəş açması dünya ictimaiyyəti tərəfindən pislənilir. Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərinə qarşı hərbi həmlələr etməsi ilə əlaqədar olaraq, Almaniya Bundestaqının CDU/CSU koalisiyasından olan deputatı Helmut Novak Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna cavab olaraq açıqlama verib.

TEAS-dan Trend-ə verilən məlumata görə, H.Novak açıqlamasında bildirib:

"ATƏT-in hazırkı sədri olan Almaniya Federativ Respublikası "dondurulmuş münaqişələr"in həlli ilə daha çox məşğul olacağını bəyan edib. Bu kontekstdə birtərəfli təcavüz bir çox aspektlərdə problemli görünür. Bu, birtərəfli qaydada atəşkəs rejiminin pozulması anlamına gəlir. Almaniya qüvvədə olan beynəlxalq hüququn hər hansı formada pozulmasını qınayır".

O, qeyd edib ki, hazırkı hərbi təxribatlar, təəssüf ki, Almaniyanın regionda sülhü dəstəkləmək və Azərbaycanın ərazi bütovlüyünü qorumaq cəhdlərinə mane olur: "Bu halda mülki əhaliyə qarşı hərbi həmlələrin baş verməsi qəbuledilməzdir".

Tarix
2016.04.30 / 18:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla