Yuxarı

Boksçularımız ermənilərlə üz-üzə...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 7-də Latviyanın paytaxtı Riqada Azərbaycan və Ermənistan boksçuları arasında döyüşlər keçiriləcək.

Report-un məlumatına görə, "Ali for the Victory" adlı gecənin təşkilatçısı Latviyada çalışan azərbaycanlı məşqçi Vəli Məmmədovun təsis etdiyi "Flash Promotion" şirkətidir.

Şirkətin ilk turniri "Radisson Blue Hotel"də baş tutacaq. Vaxtilə "Baku Fires"də və Azərbaycan millisindəki çıxışları ilə tanınan, hətta 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı olmuş Soltan Migitinov "Flash Team"in üzvü Petros Ananyanla üz-üzə gələcək. Latviyada yaşayan həmyerlimiz Zaur Sadıxov isə gənclər arasında dünya çempionu Lendruş Akopyanla qarşılaşacaq. V.Məmmədovun rəhbərliyi altında daha bir erməni - Andranik Qriqoryan da çıxış edir. Onun rəqibi isə Vladislav Davidaytis olacaq.

V.Məmmədov azərbaycanlı və ermənistanlı boksçular arasındakı döyüşlərdə siyasi məzmun axtarmağa gərək olmadığını bildirib: "Bu, təmiz idmandır. Hətta təxribatdırsa belə, dinc xarakterlidir. Qoy, bütün mübahisələr rinqdə həll olunsun və qonq zərbəsi ilə yekunlaşsın".

Qeyd edək ki, gecənin əsas qonağı 2004-cü ildə Mayk Taysonu nokauta salmış ingiltərəli boksçu Denni Uilyams olacaq.

Tarix
2016.04.30 / 18:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla