Yuxarı

Ermənilərin zərbələri nəticəsində dəyən ziyan - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni silahlı birləşmələrinin aprelin 27-dən 28-nə keçən gecə başlayan artilleriya zərbələri nəticəsində Ağdam rayonunun ziyan dəyən kəndlərindən biri də Əfətli kəndidir.

Düşmən mərmilərinin partlaması nəticəsində kəndə ümumilikdə 60-a yaxın mərmi düşüb. "Qara inək" fermer təsərrüfatına və 22 evə ziyan dəyib, o cümlədən 2 ev tam, 1 ev qismən dağılıb. Ermənilərin atəşi nəticəsində mülki əhalidən 1 nəfər yaralanıb.

Ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində evi dağılan kənd sakini Zəfər İbrahimov AzərTac-ın müxbiri ilə söhbətində deyib: "Həmin gecə bizim evə iki qrad mərmisi düşüb. Birinci mərmi evin bir divarından girib, digər divarını dağıdaraq keçib. İkinci mərmi də eyni istiqamətdən girərək evin döşəməsində partlayıb. Evimiz dağılıb, içəridə olan əşyalar yararsız hala düşüb".

Kəndin digər sakini Əliağa Əliyevin evinə düşən mərmi isə xoşbəxtlikdən partlamayıb. Ə.Əliyev həmin gecəni belə xatırlayır: "Gecə ermənilər kəndi atəşə tutmağa başlayanda yuxudan oyandıq. Təxminən gecə saat 3-də ermənilərin atdığı top mərmisi evin üstünü deşib, mətbəxdən keçərək divarı dağıdıb çölə çıxdı. Bizi Allah qorudu ki, mərmi partlamadı".

Tarix
2016.04.30 / 18:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla