Yuxarı

Rumın sosioloq: "Qarabağ münaqişəsi böyük təhdiddir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyada ali təhsil almış, bir müddət Azərbaycanda müəllim kimi işləmiş rumın sosioloq Teodora Pantu Dağlıq Qarabağda cəbhə xəttində baş verən son gərginliklərlə bağlı fikirlərini AzərTac-ın xüsusi müxbiri ilə bölüşüb.

O deyib: "Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yenidən gərginlik yaranmasını eşidəndə sonra çox narahat oldum. Mənim Azərbaycan ilə mənəvi bağlarım güclüdür. Deyə bilərəm ki, bu ölkə mənim ikinci vətənim kimidir və mən Azərbaycanda baş verən hadisələri həmişə mətbuatdan izləyirəm.

Mən Azərbaycandakı tələbələrimlə daim əlaqə saxlayıram. Onlar 18, 19 yaşlarında olmalarına baxmayaraq, sosial şəbəkələrdə həmişə sülhlə bağlı çağırışlar edirlər. Mən indiyə qədər münaqişə istəyən bir azərbaycanlı görməmişəm.

Beynəlxalq mətbuatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiyaları oxuyanda adama elə gəlir ki, bir oyundan bəhs edilir: Atəş açıldı, hər iki tərəf itki verdi və s. Halbuki, bu münaqişə hər an partlamağa hazır bomba kimi çox təhlükəlidir.

Beynəlxalq təşkilatlar hər dəfə eyni tərzdə açıqlamalar verirlər: Münaqişəni gərginləşdirməyin, atəşkəs rejiminə hörmət edin, biz insan tələfatı istəmirik və s. Məncə beynəlxalq təşkilatlar daha çox iş görməlidirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın, bütövlükdə Avropanın təhlükəsizliyi üçün böyük təhdiddir.

Arzu edirəm ki, bu münaqişə tezliklə sülh yolu ilə həll edilsin, mehriban qonşuluq münasibətləri yaransın".

Tarix
2016.04.30 / 20:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla