Yuxarı

Bakıda gəncin mədəsindən görün nə çıxdı - Foto

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarın ağrısı ilə xəstəxanaya gələn qızın mədəsindən çıxanlar həkimləri təəccübləndirib. 18 yaşlı qızın mədəsindən uzunluğu 10, eni isə 8 santimetr olan tük topası çıxıb.

Mərkəzi Dənizçilər Xəstəxanasında əməliyyat olunan Aytac adlı qızın həkimi Mamed Ramazanovun ANS-ə verdiyi məlumata görə, bu, mində bir təsadüf edilə biləcək bir hadisədir. Həkimin sözlərinə görə, belə faktlar iki cür olur, fitobezoar (bitki mənşəli, ən çox İran xurmasından əmələ gəlir) və trixobezoar (saçdan əmələ gəlir).

"Aytac bizim xəstəxanaya ağrı ilə gəlmişdi. Rentgen nəticəsində gördük ki, mədəsində qeyri-adi kütlə var. Əməliyyat zamanı məlum oldu ki, bu tük yığınıdır. Təxminən bir il olar ki, bu tük onun mədəsində yığılıb qalıb. Hətta tükün bir ucu bağırsağına çatırdı", - deyə həkim bildirib.

M.Ramazanov onu da qeyd edib ki, bu nadir hadisəyə o, iş təcrübəsində daha öncə də rast gəlib. "Bu proses özünü qaytarma, kəskin ağrı ilə biruzə verir".

Həkim hazırda xəstənin vəziyyətinin yaxşı olduğunu vurğulayıb.

Bənzər hadisə ilə həkimlər 2012-ci ildə də qarşılaşıblar. Qəbələ sakini 15 yaşlı Fatma Osmanovanın mədə və bağırsağından 2 kiloqram tük çıxıb.

Respublika Klinik Xəstəxanasınnın professoru, cərrah Fariz Camalov bildirib ki, qız xəstəxanaya gətiriləndə mədəsində toplanan "qida" onun nəinki mədəsinin, həm də 12 barmaq bağırsağına qədər yığılaraq həmin orqanların bütün divarlarına pərçimlənib. Cərrahiyyənin ən ağır patalogiyası formasında olan qızı dərhal əməliyyat stoluna qaldırıblar. Əməliyyat ağır keçsə də, mədənin və 12 barmaq bağırsağın formasını alan tük kütləsi orqandan çıxarılıb.

Cərrahiyyə yolu ilə mədəsindəki 2 kiloqram tükdən azad olan Fatma Osmanova 7 günlük stasionar müalicə alıb.

Tarix
2016.05.01 / 16:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla