Yuxarı

Millət vəkilinin təklifi Türkiyədə dəstəkləndi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ problemi ilə bağlı konfrans vermək üçün Rizedə səfərdə olan millət vəkili Qənirə Paşayeva Rizedə Recep Tayyip Erdoğan Universitetinin rektoru Prof.Dr.Hüseyin Karamanla görüşüb. 

 

Axar.az xəbər verir ki, millət vəkili Q.Paşayevanı universitetdə salamlamaqdan məmnunluğunu ifadə edən rektor qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən, Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğuqlarını, Universitetdə təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını deyib.

 

Millət vəkili, Dr. Qənirə Paşayeva Recep Tayyip Erdoğan universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin  müsbət hal olduğunu qeyd edərək, burada təhsil alan azərbaycanlı tələbələrin burada özlərini öz vətənlərindəki kimi hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib və azərbaycanlı tələbələrin də öz növbəsində Universitetdə Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını bildirib. Millət vəkili Q.Paşayeva Universitetin rektoru Prof.Dr.Hüseyin Karamana  Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb və Q.Paşayeva bu mövzularla bağlı Universitet gəncləri ilə geniş müzakirələrə, tələbələrlə bu mövzular ətrafında daha çox görüşlərə, konfranslara ehtiyac olduğunu deyib. Millət vəkili Qənirə Paşayeva Universitetdə Azərbaycan, Xəzər mərkəzinin açılması təklifi ilə çıxış edib. O bildirib ki, belə bir mərkəzin olması Türk kökənli gənclərimiz üçün də, burada təhsil alan xarici tələbələrə həqiqətlərimizin daha geniş və doğru çatdırılması üçün də çox önəmlidir. 

 

Millət vəkili Qənirə Paşayeva mərkəz üçün lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb tərəfindən Universitetə hədiyyə ediləcəyini də deyərək Azərbaycan mərkəzinin vacibliyi və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparıb. Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, Türk dünyasının bir sıra qanayan yaraları ətrafında söhbətlə yanaşı gənclərin təhsilə,oxumağa,öyrənməyə daha çox meyilləndirilməsinin önəmi barədə də geniş fikir mübadiləsi aparılıb. Qənirə Paşayeva Recep Tayyip Erdoğan Universiteti rektoruna və universitetin kitabxanasına Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, həmçinin özünün həmmüəllifi olduğu "Karabağ hikayeleri" kitabını və digər kitablarını hədiyyə edib və onu Azərbaycana  dəvət  edib.  Dəvəti məmnuniyyətlə qəbul edən rektor Prof.Dr.Hüseyin Karaman rəhbərlik etdiyi  universitet ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişaf  edəcəyini deyib  və  millət vəkili Q. Paşayevanın  Rizedə verdiyi konfransı çox önəmli hesab etdiyini deyərək onu universitetdə yaxın zamanlarda konfranslar verməyə dəvət edib. 

Tarix
2016.05.02 / 01:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla