Yuxarı

Gəncədə möhtəşəm kinoteatr açıldı - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində yeni kinoteatrın açılış mərasimi olub.

Axar.az xəbər verir ki, Azərbaycanın ikinci ən böyük şəhəri sayılan Gəncədə müasir, ən yüksək keyfiyyətlə inşa edilmiş "Sinema Plus Xəmsə" kinoteatrının açılışı baş tutub.

Açılış mərasimində aktyor Müşfiq Şahverdiyev, Dj Fateh, İlham Qasımov kimi məşhurlar, kinoteatrın rəhbəri Zaur Darabzadə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, millət vəkili Nafiq Həmzəyev və digər rəsmilər iştirak edib.

Tədbir Zaur Darabzadənin nitqi ilə açıq elan olunub. Daha sonra Elmar Vəliyev, millət vəkili Nafiq Həmzəyev, layihə rəhbəri Fəxri Quluzadə, Faiq Kazımov çıxış edib.

"Sinema Plus Xəmsə" ən yeni nəsil proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təhciz olunub.

Burada xarici ölkələrin festivallarının keçirilməsi, məşhur simaların dəvət olunması planlaşdırılır. Əsas diqqət cəlb edən məqam odur ki, kinoteatrda dünya ilə eyni gündə premyeralar göstəriləcək. "Sinema Plus Xəmsə" 461 yerdən və 5 zaldan ibarətdir. Kinoteatrın zallarına Avropa istehsalı olan yüksək dərəcəli rahat kreslolarla yerləşdirilib.

Qeyd edək ki, dünyada 500-dən çox kinoteatrın dizayn işlərini reallaşdıran Kanadanın "Mesbur+Smiz Arşitekts" şirkəti "Sinema Plus Xəmsə" kinoteatrı ilə əməkdaşlıq edir.

Bundan əlavə, VİP zalda tamaşaçılar şəxsi masalı kreslolarda film izləmək, kinoseans zamanı qida və içkilər sifariş etməyə imkan yaradan VİP Bar-dan istifadə etmək və film izləyərkən mobil telefonlarını kreslolarda xüsusi quraşdırılmış USB avadanlığının köməyi ilə cərəyan etmək şansı da əldə edəcək.

Tarix
2016.05.02 / 23:17
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla