Yuxarı

Ordumuzun yeni haubitsasının özəllikləri – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Raket və Artilleriya Qoşunlarının təlimləri başlayıb.

Axar.az xəbər verir ki, Rusiyadan alınaraq ölkəmizə gətirilən və qoşunların silahlanmasına yeni daxil olan Msta-S özüyeriyən haubitsalarının da praktiki istifadəsi şəxsi heyət tərəfindən həyata keçirilir.

"Msta-S" haubitsasının ilkin variantı 1971-ci ildə yaradılıb. SSRİ-nin NATO-nun M-109 haubistsasına analoq olaraq yaratdığı 152 mm-lik bu silah "Akasiya" adlanıb. 1980-ci illərin əvvələrində üzərində aparılan təkmilləşdirilmədən sonra özüyeriyən haubitsa Msta-S adını alıb.

1989-cu ildə yeni özüyeriyən haubitsa 2S19 Msta-S mexanikləşdirilmiş piyada və Sovet ordusunun zirehli bölmələrinin artilleriya alayı tərəfindən arsenala qəbul edilib. 1992-ci ildə ilk dəfə Rusiyanın Jukovski şəhərində aviasalonda nümayiş olunub.

Msta-S düşmənin istehkam və ehtiyatlarını, eləcə də taktiki nüvə silahları, artilleriya və minaatan batareyalar, tank və digər zirehli texnikaları məhv etmək üçün nəzərdə tutulub. Eyni zamanda, havadan və raketdən müdafiə, komando və nəzarət mərkəzlərini hədəf almaq imkanına malikdir.

Haubitsanın zirehi ən yüksək keyfiyyətə malik poladdan hazırlanıb. Əlahiddə idarəetmə sistemi əsasında hazırlanmış Msta-S heyəti 4, yaxud 5 nəfərdən ibarət olur. Modern texnikanın özəlliklərindən biri də yayınan obyektləri açıq şəkildə hədəfə çevirmək qabiliyyətinin olmasıdır.

Göstəricilərə əsasən, Msta-S-in hədəf alma imkanları 3 yerə bölünür: 2c3 rejimində 17.4, 2C19 rejimində 24.7 və 2C33 rejimində 30 km-dən uzaq hədəfləri vurmaq gücünə malikdir.

Bundan əlavə, haubitsalar şossedə saatda 60 km sürətlə irəliləyə bilir.

Bi silahdan Azərbaycandan başqa Belarusiya (12 ədəd), Venesuela (48 ədəd), Gürcüstan (1 ədəd), Rusiya (612 ədəd), Ukrayna (35 ədəd) və Efiopiya ordusunda var.

Tarix
2016.05.03 / 23:11
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla