Yuxarı

"İlham Əliyev əsgərlərinin yanındadır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cəbhə bölgəsinə tez-tez səfərlər edir, ön xətdə hərbçilərlə görüşür. Dövlətimizin başçısı bununla Ali Baş Komandan kimi zabit və əsgərlər ilə bir yerdə olduğunu göstərir. Digər tərəfdən bu, şəxsi heyətin ruh yüksəkliyini artırır.

Bu fikirləri hərbi ekspert, "Azeri Defence" jurnalının bas redaktoru Rəşad Süleymanov AzərTac-a açıqlamasında deyib.

Ekspert bildirib ki, Silahlı Qüvvələrin zabiti Ramil Səfərovun Macarıstandan ölkəmizə qaytarılaraq əfv edilməsi və ordu sıralarında yenidən hərbi xidmətə başlaması, şəhidlər Mübariz İbrahimovun və Fərid Əhmədovun dəfn mərasimində iştirakı, onların yüksək fəxri ad və dövlət mükafatı ilə təltif edilməsi, eləcə də aprel döyüşlərində qəhrəmanlıq göstərmiş və şəhid olmuş hərbçilərin təltif olunması Silahlı Qüvvələrin şəxsi heyəti arasında böyük ruh yüksəkliyi yaradıb. Düşmənin aprelin 27-dən 28-nə keçən gecə ağır artilleriya atəşinə tutduğu yaşayış məntəqələrinin sakinləri və ön xətdə xidmət edən hərbçilər ilə görüşən, aprel döyüşlərində fərqlənən hərbçiləri şəxsən təbrik edən Ali Baş Komandan bununla həmişə Azərbaycan əsgərinin yanında olduğunu, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək əzmini bütün dünyaya göstərdi.

Prezident İlham Əliyevin Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılmasına, maddi-texniki bazasının gücləndirilməsinə, habelə hərbçilərin sosial şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirdiyini vurğulayan R.Süleymanov deyib: "Dövlətimizin başçısı dəfələrlə çıxışlarında bəyan edib ki, beynəlxalq təzyiqlərə baxmayaraq, Azərbaycan Ordu quruculuğu və silahlanma tədbirlərində israrlıdır və yeni, daha müasir silah sistemlərinin, hərbi texnikaların satın alınması həyata keçiriləcək. 2003-cü ildə Azərbaycanın müdafiə xərcləri 160 milyon ABŞ dolları təşkil etdiyi halda, bu gün il ərzində müdafiə sahəsinə 3 milyard dollardan çox vəsait ayrılır. Bu vəsait hesabına həm ən müasir silah sistemlərinin alınması, həm yerli hərbi sənayenin formalaşdırılması, həm də hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması tədbirləri həyata keçirilir".

Tarix
2016.05.03 / 23:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla