Yuxarı

Banklar müştəriləri bu cür talayır – Rəylər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları son aylarda insanları manatla əmanət qoyuluşuna təşviq etmək üçün depozit faizlərini artırıb. Bu addımın atılmasında digər məqsəd isə milli valyutamıza olan inamı bərpa etməkdir. Lakin bu məsələdə müəyyən təzadlar da az deyil.

Axar.az xəbər verir ki, hazırda kommersiya banklarının manatla depozit gəlirliyi (illik) orta hesabla 12 faizdir. Lakin banklar manatla kredit verərkən illik orta hesabla 27 faiz tələb edir.

Dollarla olan əmanətlərdə isə orta faiz göstəriciləri 4, kredit faizləri isə 26-dır.

Məsələni aydınlaşdırmaq üçün ekspertlərə üz tutduq.

Bank sahəsi üzrə mütəxəssis Rauf Ağayev açıqlamasında dünya praktikasında belə bir hala rast gəlinmədiyini bildirib:

"Hazırda kreditlər manatla verildiyindən bəzi banklar xarici valyuta ilə götürdükləri depozitləri aşağı faizlə qəbul edirlər. Ümumiyyətlə, bu siyasət manatın daha da möhkəmkəmlənməsinə hesablanıb. Bu praktika Türkiyədə də həyata keçirilir. Əgər hər hansı bank hazırda manatla olan krediti 18-27 faizlə verirsə, milli valyuta ilə qəbul etdiyi depozitin faizi də yüksək olmalıdır ki, cəlbediciliyi artırmaq mümkün olsun. İndi ən aktual problem dollarla verilən kreditlərlə bağlıdır. Bir müddət sonra xarici valyuta ilə kreditlərin verilməsinə qoyulmuş qadağa aradan qalxacaq və faizlər yenə də yüksək olaraq qalacaq. Bank dollarla olan depoziti 3 faizlə götürür, krediti 25 faizlə verirsə, bu, düzgün deyil və müştərinin həddən artıq yüklənilməsi deməkdir. Dünya praktikasında belə bir şey yoxdur Əgər bu belə davam edərsə, probemli kreditlərin həcmi daha da böyüyəcək. Ona görə də hesab edirəm ki, dörd təşkilat - Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Əmanətlərin Sığortalanması Fondu və Banklar Assosiasiyası faiz məsələsi ilə bağlı bir araya gəlməli və çıxış yolları tapılmalıdır".

Hüquqşünas ekspert Əkrəm Həsənov isə bankın qəbul etdiyi əmanətlər üzrə faiz dərəcəsi ilə verilən kreditlərin faiz dərəcələri arasında fərqin qanunvericiliklə tənzimlənməməsini təəssüflə qeyd edib:

"Azərbaycanda sözügedən faizlər üzrə hədd yoxdur. Yəni bankın qəbul etdiyi əmanətlər üzrə faiz dərəcəsi ilə verilən kreditlərin faizləri arasında fərq qanunvericiliklə məhdudlaşdırılmır. Ancaq bir çox Avropa ölkəsində belə hədlər qanunla olmasa da, məhkəmə praktikası ilə tənzimlənir, həddən artıq yüksək faizlər isə qanunsuz hesab edilir. Azərbaycanda istehlak kreditləri üzrə faiz dərəcəsinin maksimal həddi müəyyənləşdirilməlidir. İki il öncə bununla bağlı qanun layihəsi də hazırlamışdım. Məhdudiyyət olmadığından banklar istədiyi faizləri kreditlərə də tətbiq edirlər".

Tarix
2016.05.04 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla