Yuxarı

Baş nazirdən müharibə xəbərdarlığı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə beynəlxalq razılaşmalara üstünlük verir. Lakin lazım gələrsə, Suriyaya quru qoşunları yeridəcəyik.

ANS-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu "Əl Cəzirə" telekanalına müsahibəsində deyib.

Baş nazir bildirib ki, özünü müdafiə etmək üçün Türkiyə istər daxildə, istərsə də xaricdə hər cür tədbir görməyə hazırdır.

Son günlər Suriya ərazisindən Türkiyənin Kilis və Urfa vilayətlərinə raket mərmilərinin atılmasını şərh edən Davudoğlu bildirib ki, Kilisə raket atanlar İŞİD terror qruplaşmasıdırsa və bu əməllərinə davam edərlərsə, onları hədəfə alacaqlar.

"Bizim siyasətimiz hər zaman konkret olub: diplomatiya yolu ilə Suriya böhranını həll etmək. Əsədin leqallığını əsla qəbul etməyəcəyik. Çünki o, hələ də xalqını öldürməyə davam edir, 3 milyon suriyalını Türkiyəyə keçməyə məcbur edib. Belə bir hökumətin leqallığından söhbət gedə bilməz.

Əslində heç bir ölkə Türkiyə qədər İŞİD-lə mübarizə aparmayıb. İŞİD-in sərhədlərimizdə olmasını istəmirik. Suriyanın müxalif qüvvələrini İŞİD-ə qarşı mübarizədə dəstəkləyəcəyik. Hərbi dəstək bundan sonra da davam edəcək", - Baş nazir bildirib.

Davudoğlu jurnalistin "Beynəlxalq dəstək olmasa belə Suriyaya quru qoşunları göndərəcəksinizmi" sualını belə cavablandırıb:

"Əslində Birləşmiş Millətlər Təşkilatının İŞİD-lə mübarizəyə dair çox sayda qərarı var. Dolayısı ilə istər özünü müdafiə, istərsə də İŞİD və ya digər terror qruplaşmaları ilə mübarizə aparmaqda bu qərarlar bizi dəstəkləyir. Ancaq biz yenə də beynəlxaq razılaşmalara üstünlük veririk. Çünki İŞİD bütün dünyanı maraqlandıran məsələdir".

"Əl Cəzirə" müxbiri növbəti sualını Rusiya ilə bağlayıb. O deyib ki, Türkiyə Suriyadakı türkmən bölgələrinə girərsə, Rusiya buna qarşı çıxacaq. Rusiya Türkiyə qüvvələrini havadan vura bilərmi?

"Bu ssenari doğru deyil. Bu torpaq rus torpağı deyil. Rusiya BMT-nin daimi üzvlərindən biridir. Bir az əvvəl dediyim kimi, BMT-nin İŞİD-lə mübarizəyə dair qərarları var. Burada əsas məsələ torpaqlarımızın təhdid altında olmasıdır. Biz Rusiya daxil heç bir ölkəni qarşımıza almaq istəmirik. Ancaq söhbət milli təhlükəsizliyimizdən gedəndə lazım olan hər cür tədbiri görəcəyik. Burada İŞİD-in təhdidi ilə qarşı-qarşıya olan Rusiya deyil, Türkiyədir".

Tarix
2016.05.04 / 11:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla