Yuxarı

Xalq şairi dəfn edildi - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:30

Xalq şairi Söhrab Tahirlə vida mərasimi başlayıb.

Musavat.com xəbər verir ki, Təzə Pir Məscidində keçirilən vida mərasimində ədəbiyyat, xadimləri, ziyalılar, mərhumun yaxınları iştirak edir.

***

Azərbaycanın xalq şairi Söhrab Tahir II Fəxri xiyabanda dəfn edilib.

Şairin dəfn mərasimində rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və mərhumun ailə üzvləri iştirak edib.

Qeyd edək ki, xalq şairi Söhrab Tahir ötən gün, mayın 4-də səhər saatlarında dünyasını dəyişib. Şairin bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda 90 illik yubileyi keçirilmişdi. Görkəmli şair ayağında yaranmış problemlər ilə əlaqədar olaraq öz yubileyində iştirak edə bilməmişdi. Uzun müddət şəkər xəstəliyindən əziyyət çəkən şairin bir neçə gün sonra hər iki ayağı amputasiya olunmuşdu.

Xatırladaq ki, Söhrab Tahir 1926-ci il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində anadan olub. O, "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək təhsil alıb. Sonradan ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur.

Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edib. Söhrab Tahir 1946-cı ildə Bakıya təhsil almağa gəlib. O, 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. Daha sonra isə ADU-nun filologiya fakültəsində oxuyub.

Onun bu günədək 1000-dən çox şeiri, 57 poeması, 8 romanı, 10 povesti, 70-dən çox hekayəsi, 800-dən artıq ədəbi-elmi-publisistik məqaləsi çap olunub. Bununla yanaşı, xarici ölkələrdə də kitabları nəşr edilib.

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb.

Tarix
2016.05.05 / 17:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla