Yuxarı

“İrəvan bu addımı atsa, Bakıdan sarsıdıcı zərbə alacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan bir dövlət olaraq məhv ola bilər.

Bu sözləri Axar.az-a hərbi ekspert Üzeyir Cəfərli Ermənistanın Qarabağın qondarma rejiminin tanınması ilə bağlı İrəvanda başlayan müzakirələri şərh edərkən deyib.

Onun sözlərinə görə, rəsmi İrəvan heç vaxt bu cür risk edə bilməz:

"Bu gün Ermənistanın siyasi və hərbi rəhbərliyi çox ağılsız siyasət aparır. Belə addımlarla onlar öz sonlarını yaxınlaşdırırlar. Ermənistan hökumətinin Dağlıq Qarabağın qondarma rejimini tanımağa cəsarəti çatmaz. Bu, sadəcə, oyundur. Bu oyunun da başında Azərbaycana hədə gəlmək istəyi dayanır. Bu da heç bir effekt verməyəcək. Nəzəri baxımdan qondarma qurumun tanınmasının mümkünlüyünü düşünsək, bu, Ermənistanın bir dövlət olaraq məhv olmasına gətirib çıxara bilər. Buna da ermənilər heç vaxt getməz. Narahatlığa ciddi əsas görmürəm. Onlarin içərisində də ağıllı kimsə tapılar və buna imkan verməzlər.

Ermənistanın daxilində əsas qüvvələr bu məsələdə birinci olmaq istəmirlər. Ermənilər çox qorxaqdır. Onların bütün addımlarında, siyasi rəhbərliyin çıxışında biz bunu görürük.

Azərbaycanın cavabı isə çox sərt və amansız olacaq. Ermənilər belə bir qərarı qəbul etsələr, çox qısa müddətdə bunun ağır nəticələrini görəcəklər".

Xatırladaq ki, Ermənistan hökuməti Qarabağın müstəqilliyinin tanınması haqqında qanun layihəsinin müzakirəsinə başlayıb. Qanun layihəsi müzakirə edilib, Ermənistan parlamentinə göndəriləcək.

Qarabağın tanınması ilə bağlı qanun layihəsini müxalif deputatlar Zarui Postancyan və Qrant Baqratyan təqdim ediblər.

Azərbaycan bu qanun layihəsini kəskin tənqid edib. Rəsmi Bakı İrəvanın bu addımla Dağlıq Qarabağla bağlı bütün sülh danışıqlarının üstündən xətt çəkəcəyini açıqlayıb.

Tarix
2016.05.05 / 14:00
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla