Ana səhifə Kult |
"ATV Səhər" - Turan... əla aparıcıdır, ən birincisi, ona görə ki, verdiyi xəbərdən özünün xəbəri var! Xəbər gündəmini izləyir adam, bu, aydın hiss olunur.
Axar.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Nəsimi Nəbizadə həmkarı, "ATV Səhər" verilişinin aparıcısı Turan İbrahimov haqda rəsmi Feysbuk səhifəsində yazıb. O, həm Turan İbrahimova, həm də digər həmkarlarına iradını bildirib:
"Analitik təfəkkürü və tərəftutma (dövlətçiliyə və dövlətin dostlarına sərf edən mənada) jestləri də yaxşıdır. İroniyası da efir mədəniyyətinə uyğun – əladır... Amma bir minusu var, bunu ona deyin, tanıyanlar, səmimi başa düşəcək... Cıqqılı addım atıb, mollalıqdan çıxsın... "inşallah", "maşallah" sözləri... Ümumiyyətlə, Azərbaycan telekanallarında az qalıb ki, aparıcı verilişi yarımçıq saxlayıb tamaşaçıya desin:
- Bağışlayın, namazımın vaxtıdır..."
Tarix
2016.05.05 / 15:46
|
Müəllif
Axar.az
|